...

Akademik Ziya Bünyadovun qətlini törədənlər İranda sığınacaq tapıblar - Azərbaycanın baş prokuroru

Siyasət Materials 27 Aprel 2010 14:02 (UTC +04:00)
Akademik Ziya Bünyadovun qətlini törədənlər İranda sığınacaq tapıblar - Azərbaycanın baş prokuroru
Akademik Ziya Bünyadovun qətlini törədənlər İranda sığınacaq tapıblar - Azərbaycanın baş prokuroru

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın baş prokuroru bildirib ki, həm jurnalist Elmar Hüseynovun, həm akademik Ziya Bünyadovun qətlləri ilə bağlı cinayət hadisələri açıqdır.

"Elmar Hüseynov 2005-ci ildə qətlə yetirilib. Həmin il Parlament seçkiləri keçirilməli idi və ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr bu qətlin təşkliatşılarıdır. Bunu xarici ekspertlərin texniki vasitələrlə həyata keçirdikləri rəylərə əsasən sübuta yetirmişik və həmin şəxslər haqqında həbsli axtarışlar verilib", - Trend-in məlumatına görə, bunu baş prokuror Zakir Qaralov çərşənbə axşamı Parlamentdəki çıxışında bildirib.

Qaralov deyib ki, Milli Təhlükəsizlik Nazirliyi lazımi axtarış əməliyyatlarını davam etdirir.

"Bünyadovun qətlinin istintaqı zamanı müəyyən edilib ki, İran İslam Respublikasının konkret dini dairəsi tərəfindən bu qətlin törədilməsi həyata keçirilib və konkret şəxslər məsuliyyətə cəlb olunub. Bu gün də həmin qətlin təşkilatçılarından iki nəfəri həmin ölkədə sığınacaq tapıblar. Həmin şəxslər Cavanşir Aslanov və Tariyel Ramazanovdur", - Qaralov əlavə edib.

Qaralov deyib ki, jurnalistlərə qarşı törədilən hər bir qanunsuz hərəkət dərhal Baş Prokurorluq tərəfindən nəzarətə götürülür və axıra qədər bütün bu araşdırmalar həyata keçirilir. Bir çox hallarda isə bunlar öz təsdiqini tapmır.

Baş prokurorun sözlərinə görə, bu gün siyasi korrupsiyadan danışan yoldaşlar siyasi partiyaların haradan maliyyələşdirilməsi haqqında məlumatlar versinlər.

Xəbər lenti

Xəbər lenti