...

Azərbaycanda qaçqın və məcburi köçkünlər seçici siyahılarına salınacaq - MSK sədri Məzahir Pənahov

Siyasət Materials 30 Aprel 2010 09:00 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri bildirib ki, qaçqın və məcburi köçkünlərin seçkilərdə səsvermə hüququnun təmin edilməsi üçün onlar seçici siyahılarına salınacaq.
Azərbaycanda qaçqın və məcburi köçkünlər seçici siyahılarına salınacaq - MSK sədri Məzahir Pənahov

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri bildirib ki, qaçqın və məcburi köçkünlərin seçkilərdə səsvermə hüququnun təmin edilməsi üçün onlar seçici siyahılarına salınacaq.

"Hazırda seçki siyahıları dəqiqləşdirilir, 125 dairənin hamısında monitorinq keçirdik, nəticələr araşdırılır və onları biz müzakirə edəcəyik, bələdiyyə seçkilərində qaçqınlar və məcburi köçkünlər siyahılara salınmamışdı, lakin parlament seçkilərində onlar da siyahılara salınacaq", - bunu Trend-ə eksklüziv açıqlamasında MSK-nın sədri Məzahir Pənahov bildirib.

Trend-in arayışı: Azərbaycanda parlament seçkisinin noyabrın əvvəllərində keçirilməsi nəzərdə tutulub.

Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Ötən seçkilərdə onların hamısının adlarının seçici siyahısına salınması mümkün olmayıb.

Pənahov deyib ki, parlament seçkiləri ilə bağlı təlimatlar hazırlanır, həmçinin hüquqi sənədlər üzərində işlər gedir.

Parlament seçkisində elektron səsvermənin tətbiqinə gəlincə, Pənahov bildirib ki, elektron səsvermənin tətbiqi ilə bağlı işlər aparılır, amma parlament seçkisində istifadə olunması gözlənilmir.

Trend-in arayışı: Bəzi Avropa ölkələrində elektron səsvermə tətbiq olunur. Azərbaycan MSK elektron səsvermənin tətbiqi üçün Avropa təcrübəsini öyrənir.

Xəbər lenti

Xəbər lenti