...

Avropa İttifaqı və Gürcüstan iyunda viza rejiminin sadələşdirilməsi haqqında müqavilə imzalayacaq

Siyasət Materials 29 Aprel 2010 19:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 aprel /Trend, müxbir N.Kirsxaliya/

Avropa İttifaqıGürcüstan Aİ ölkələrinə gedən Gürcüstan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi haqqında müqavilə imzalayacaq. Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadzenin jurnalistlərə bildirdiyi kimi, müqavilə iyunun ortalarında Brüsseldə imzalanacaq.

"Biz sənədin imzalanmasındam çox şey gözləyirik", - o vurğulayıb.

Mövcud sənədin layihəsinə görə, viza rejimi Gürcüstan vətəndaşlarının 20 kateqoriyası üçün əhəmiyyətli dərəcədə sadələşdirilir. Həmçinin, qısamüddətli şengen vizasının qiyməti iki dəfə ucuzlaşdırılır. Diplomatik pasportu olan vətəndaşlar üçün isə viza rejimi tamamilə ləğv edilir.

Tələbələr, gürcü pedaqoq və professorlar, jurnalist və idmançılar vizanı ödənişsiz əldə edəcəklər. Vizanın ödənişsiz verilməsi biznesmenlərə aid edilmir. Müddəti 2 ildən 5 ilədək olan çoxdəfəli viza seçmə üsulu ilə və yalnız "təmiz" dosyesi olan şəxslərə veriləcək.

Xəbər lenti

Xəbər lenti