...

Bakıda qanunsuz aksiya keçirmək istəyən 10 nəfər barəsində məhkəməyə təqdimat göndərilib - DİN

Siyasət Materials 30 Aprel 2010 17:50 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov cümə günü Trend-ə bildirib ki, həmin şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün məhkəmələrə müraciət edilib.
Bakıda qanunsuz aksiya keçirmək istəyən 10 nəfər barəsində məhkəməyə təqdimat göndərilib - DİN

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ADNA-da baş vermiş faciənin birinci ildönümü münasibətilə keçirilən icazəsiz aksiyada ictimai asayişi pozduğu üçün saxlanılan 10 nəfər barəsində məhkəməyə təqdimat göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov cümə günü Trend-ə bildirib ki, həmin şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün məhkəmələrə müraciət edilib.

Zahidov saxlanılan digər şəxslərin xəbərdarlıq ediləndən sonra buraxıldığını deyib.

Bu gün bir qrup gənc Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciənin ildönümü ilə əlaqədar Cəfər Cabbarlı heykəli ətrafında icazəsiz etiraz aksiyası keçirməyə cəhd göstərib.

Polis icazəsiz aksiyanın qarşısını alıb.

30 aprel 2009-cu il tarixində Fərda Qədirov akademiyanın binasına daxil olaraq, odlu silahdan tələbələrə atəş açıb. Nəticədə, 12 nəfər həlak olub, 13 nəfər isə xəsarət alıb. Polisin hadisə yerini dövrəyə aldığını görən cani özünü qətlə yetirib.

Xəbər lenti

Xəbər lenti