...

Medvedevin Türkiyəyə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq - səfir

Siyasət Materials 5 May 2010 17:53 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedevin Türkiyəyə mayın 11-nə planlaşdırılan səfəri zamanı bir çox məsələlər, o cümlədən Rusiyanın vasitəçi kimi iştirak etdiyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.
Medvedevin Türkiyəyə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq - səfir

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.Tariverdiyeva/

Rusiya Prezidenti Dmitri Medvedevin Türkiyəyə mayın 11-nə planlaşdırılan səfəri zamanı bir çox məsələlər, o cümlədən Rusiyanın vasitəçi kimi iştirak etdiyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq. Bu barədə jurnalistlərə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

"Son illər bizim Türkiyə ilə əlaqələrimiz çox uğurlu şəkildə inkişaf edir, onlardan biri Cənubi Qafqazda stabillik haqqında danışıqlardır", - səfir Doroxin bildirib.

Səfirin sözlərinə görə, Moskva ilə Ankara arasında olan əlaqələr nəinki siyasi, eləcə də iqtisadi cəhətdən inkişaf edir ki, bu da Rusiya Prezidentinin Türkiyəyə səfəri zamanı əsas müzakirə mövzusu olacaq.

"Bizim ölkələr arasında böyük əmtəə mübadiləsi mövcuddur, biz Avropanın cənubunda enerji layihələrində iştirak edirik və ölkələrimiz arasında müzakirə mövzularından biri, əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi məsələsidir", - səfir Doroxin bildirib.

Xəbər lenti

Xəbər lenti