...

BMT Baş katibi Kabildə Əfqanıstanın problemləri üzrə konfransda iştirak edəcək

Siyasət Materials 17 May 2010 10:24 (UTC +04:00)
BMT Baş katibi Pan Gi Mun şənbə günü axşam Əfqanıstan Prezidenti Həmid Kərzai ilə telefonla danışıb. Bu barədə Trend-ə Əfqanıstan Prezidentinin mətbuat xidmətindən məlumat verilib.
BMT Baş katibi Kabildə Əfqanıstanın problemləri üzrə konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir T.Cəfərov/

BMT Baş katibi Pan Gi Mun şənbə günü axşam Əfqanıstan Prezidenti Həmid Kərzai ilə telefonla danışıb. Bu barədə Trend-ə Əfqanıstan Prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Pan Gi Mun bildirib ki, bu ayın sonlarında Kabildə keçiriləcək Əfqanıstanın problemləri üzrə konfransda iştirak edəcək. Baş katib ABŞ və Əfqanıstan prezidentləri arasındakı son danışıqların nəticələrindən razı qaldığını bildirib.

Həmid Kərzai BMT Baş katibiƏfqanıstanın problemlərinə göstərdiyi diqqətə və ölkə xalqına kömək göstərmək səylərinə görə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti