...

Azərbaycanın Sabirabad rayonunun Naxalıq kəndində Kür çayının sahil-mühafizə bəndində qəza vəziyyəti yaranıb - FHN

Siyasət Materials 17 May 2010 14:49 (UTC +04:00)
Azərbaycanın Sabirabad rayonunun Naxalıq kəndində (rayon mərkəzindən 25 km aralı) Kür çayının sahil-mühafizə bəndində qəza vəziyyəti yaranıb, - məlumatı bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet saytı yayıb.
Azərbaycanın Sabirabad rayonunun Naxalıq kəndində Kür çayının sahil-mühafizə bəndində qəza vəziyyəti yaranıb - FHN

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Sabirabad rayonunun Naxalıq kəndində (rayon mərkəzindən 25 km aralı) Kür çayının sahil-mühafizə bəndində qəza vəziyyəti yaranıb, - məlumatı bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet saytı yayıb.

Məlumata görə, nəticədə, Kür çayından Sarısu gölünə su axını müşahidə olunub. Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə bənddə bərpa və bərkitmə işləri aparılıb, iki yerdə axının qarşısı alınıb. Hazırda həmin bənddə bərpa işləri davam etdirilir.

Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti