...

Türkiyə Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatdı

Siyasət Materials 17 May 2010 20:46 (UTC +04:00)
Mayın 17-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb.
Türkiyə Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatdı

Mayın 17-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Milli geyimli uşaqlar Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana gül-çiçək dəstəsi veriblər.

Türkiyə hökumətinin başçısını və xanımını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Xəbər lenti

Xəbər lenti