...

Türkiyə və İran arasında sazişin həyata keçirilməsi bütün tərəflərin marağındadır – Mənüçöhr Müttəki

Siyasət Materials 19 May 2010 18:33 (UTC +04:00)
Türkiyə və İran arasında imzalanan saziş təkcə İranın deyil, həm də Vyana qrupunun üzvü olan bütün ölkələrin maraqlarını nəzərdə tutan geniş sənəddir.
Türkiyə və İran arasında sazişin həyata keçirilməsi bütün tərəflərin marağındadır – Mənüçöhr Müttəki

Tacikistan, Düşənbə, 19 may /Trend, xüsusi müxbir R.Mirzəbəyova/

Türkiyə və İran arasında imzalanan saziş təkcə İranın deyil, həm də Vyana qrupunun üzvü olan bütün ölkələrin maraqlarını nəzərdə tutan geniş sənəddir. Bu barədə çərşənbə günü İslam Konfransı Təşkilatı (İKT) XİN rəhbərləri Şurasının Düşənbədə keçirilən 37-ci sessiyasında İranın xarici işlər naziri Mənuçöhr Müttəki bildirib.

"İran bütün maraqlı tərəflərdən bu sazişi həyata keçirilməsini gözləyir, çünki bu sənəd təkcə İranın deyil, həm də Vyana qrupunun üzvü olan bütün ölkələrin maraqlarını nəzərdə tutur", - o deyib.

Mayın 17-də İran, Braziliya və Türkiyə arasında uranın Türkiyə ərazisində mübadiləsi haqqında üçtərəfli saziş imzalanıb. Bu ölkələrin XİN rəhbərləri Tehranın elmi-tədqiqat reaktoru üçün az zənbinləşdirilmiş uranın (3,5 faizədək) yüksək zənginləşdiirlmiş (20 faizədək) yanacaqla mübadiləsi haqqında saziş layihəsi imzalayıblar. Mübadilə Türkiyə ərazisində Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və İrandan olan müşahidəçilərin nəzarəti altında həyata keçiriləcək. Saziş çərçivəsində İran özündə olan az zənginləşdirilmiş 1,2 ton uranı Türkiyəyə göndərməyə və əvəzində 120 kiloqram nüvə yanacağı almağa hazırdır.

Üç gün davam edəcək İKT XİN rəhbərlərinin 37-ci sessiyası çərşənbə axşamı Tacikistan paytaxtı Düşənbə şəhərində açılıb. Tədbirdə quruma üzv olan dövlətlərdən, müşahidəçi, beynəlxalq və regional ölkələrdən 80 nümayəndə heyəti iştirak edir.

Xəbər lenti

Xəbər lenti