...

Bakıda avtomobillərdən 200 min dollardan artıq pul oğurlayan silahlı dəstə tutulub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 May 2010 12:14 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda təqsirli bilinənlər - Muxtar Məmmədov, əvvəllər məhkum olunmuşlar Elmir Sadıqov, Anar Quliyev və Rövşən Rüstəmov tutulublar.
Bakıda avtomobillərdən 200 min dollardan artıq pul oğurlayan silahlı dəstə tutulub (ƏLAVƏ OLUNUB)

RED: əlavəsi: Sonuncu abzasa əlavə olunub

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir K.Zərbalıyeva/ Bakıda avtomobillərdən külli miqdarda pul oğurlayan silahlı dəstə tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda təqsirli bilinənlər - Muxtar Məmmədov, əvvəllər məhkum olunmuşlar Elmir Sadıqov, Anar Quliyev Rövşən Rüstəmov tutulublar.

Aprelin 7-də Bakı şəhər sakini Qüdrət Şükürov Nizami RPİ-nin 23-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus olan "Range Rover" markalı maşından, şüşəni sındırmaq yolu ilə, 100 min ABŞ dolları və 60 min manat oğurlayıblar.

Məlumata görə, aparılan araşdırmalar nəticəsində Sadıqovdan AKM və AKSU markalı avtomatlar, səsboğucusu ilə birlikdə "Bereta" markalı tapança, 3 ədəd sandıqçası ilə birlikdə 77 ədəd patron, 1 ədəd tapança patronu, 51 600 ABŞ dolları və 20 600 manat aşkar olunub.

Quliyevdən 0,216 qram, Rüstəmovdan isə 0,212 narkotik vasitə olan heroin aşkarlanıb.

BBPİ-dən bildiriblər ki, saxlanılan şəxslərin ətrafında aparılan araşdırmalar nəticəsində həmçinin məlum olub ki, dəstə üzvləri yanvarın 21-də Nərimanov rayonu Həsən Əliyev küçəsində Bakı sakini Elman Mirzəyevə məxsus "Mercedes" markalı avtomobilin yük yerindən 30 min manat oğurlayıblar. Cinayətkar dəstənin digər cinayətlərdə iştirakına dair araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti