...

Gürcüstanla sıx qarşılıqlı əlaqələrin qurulması İranın xarici siyasətinin prioritetidir – nazir müavini

Siyasət Materials 22 May 2010 17:52 (UTC +04:00)
Gürcüstanla sıx və dostluq əlaqələrinin qurulması İranın xarici siyasətinin prioritetidir. Bu gün Gürcüstan XİN-də keçirilən brifinqdə İranın xarici işlər nazirinini müavini Ramin Mehmanpərəst bildirib.
Gürcüstanla sıx qarşılıqlı əlaqələrin qurulması İranın xarici siyasətinin prioritetidir – nazir müavini

Gürcüstan, Tbilisi, 22 may / Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstanla sıx və dostluq əlaqələrinin qurulması İranın xarici siyasətinin prioritetidir. Bu gün Gürcüstan XİN-də keçirilən brifinqdə İranın xarici işlər nazirinini müavini Ramin Mehmanpərəst bildirib.

Gürcüstan və İran viza rejiminin ləğvi haqda razılıq əldə olunub. O bildirib ki, viza rejimi 3 aydan sonra ləğv olunacaq. "Artıq Gürcüstan və İran arasında viza rejiminin ləğvi haqda danışıqlar başlanılıb və çox güman ki, bu proses 3 aydan sonra başa çatacaq. Bu isə Gürcüstan və İran arasında viza rejiminin ləğvi deməkdir", - o deyib.

Tərəflər viza rejiminin ləğvi haqda sazişi yaxın vaxtlarda İran XİN-in rəhbəri Manuçöhr Mottakinin Tbilisiyə səfəri zamanı imzalanacaq.

Batumidə İran konsulluğunu açılması haqqında danışıqlar da aparılır.İranın nazir müavini bildirib ki, "biz yaxın vaxtlarda İranda hökumətlərarası iqtisadi komissiyanın iclasını da keçirmək niyyətindəyik", - o deyib.

Öz növbəsində Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib ki, ölkəsi İranla münasibətlərin nizamlanmasını alqışlayır. "Ölkələrimiz arasında münasibətlərin yeni mərhələsi başlayır ki, bu da iki ölkənin maraqlarından irəli gəlir", -o deyib.

Xəbər lenti

Xəbər lenti