...

Azərbaycanın birinci xanımı Avropa Şurası Baş katibinin müavini ilə görüşüb

Siyasət Materials 24 May 2010 11:48 (UTC +04:00)
Mayın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "De-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin 7-ci konfransında iştirak etmək üçün ölkəmizə gələn Avropa Şurası Baş katibinin müavini Mod de Bur Bukikkio ilə görüşüb, - bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Qonağı səmimiyyətlə salamlayan Mehriban xanım Əliyeva beynəlxalq konfransda iştirak etmək üçün dəvəti qəbul etdiyinə görə, Avropa Şurası baş katibinin müavininə minnətdarlığını bildirib. Azərbaycanın birinci xanımı konfransın əhəmiyyətini qeyd etmiş, burada müzakirə olunacaq məsələlərin aktuallığını vurğulamışdır.

Mod de Bur Bukikkio Azərbaycanda olmasından məmnunluq ifadə edərək, Bakıda keçirilən beynəlxalq tədbirin vacibliyindən də danışıb.

Xəbər lenti

Xəbər lenti