...

Azərbaycan Parlamentinin nümayəndə heyəti NATO PA-nın yaz sessiyasına gedib

Siyasət Materials 27 May 2010 10:34 (UTC +04:00)
Azərbaycan Parlamentinin nümayəndə heyəti NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edəcək.
Azərbaycan Parlamentinin nümayəndə heyəti NATO PA-nın yaz sessiyasına gedib

Azərbaycan, Bakı, 27 may /Trend, A.Hüseynbala/

Azərbaycan Parlamentinin nümayəndə heyəti NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edəcək.

"Milli Məclis sədrinin birinci müavini, Parlamentin NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti mayın 27-dən iyunun 2-dək Latviyada NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edəcək", - cümə axşamı Trend-ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Səyavuş Novruzov, Məlahət İbrahimqızı Tahir Süleymanov daxildirlər. "Riqa şəhərində keçiriləcək toplantıda Əfqanıstanda, Qərbi Balkanlarda vəziyyət, NATO - Rusiya strateji tərəfdaşlığının inkişafı, nüvə təhlükəsizliyi və raketdən müdafiə, qlobal iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, iqtisadi böhranın nəticələri, yoxsulluğun aradan qaldırılması və digər məsələlər müzakirə olunacaq", - məlumatda vurğulanır.

Parlament nümayəndə heyətinin üzvləri diskussiyaya çıxarılan məsələlərə münasibət bildirəcək, fikir mübadiləsi aparacaqlar.

Xəbər lenti

Xəbər lenti