...

Azərbaycanın Respublika Günü münasibətilə Londonda rəsmi qəbul keçirilib

Siyasət Materials 27 May 2010 15:41 (UTC +04:00)
Azərbaycanın 28 May - Respublika Günü münasibətilə cümə axşamı Londonda rəsmi qəbul keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildiriblər.
Azərbaycanın Respublika Günü münasibətilə Londonda rəsmi qəbul keçirilib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın 28 May - Respublika Günü münasibətilə cümə axşamı Londonda rəsmi qəbul keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildiriblər.

Qəbulun keçirildiyi zalda quraşdırılmış geniş ekranda Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və ölkəmizin mövcud vəziyyətini əks etdirən film nümayiş etdirilib.

Bundan əlavə, "İRS" jurnalının Respublika Gününə həsr edilmiş xüsusi sayı, eləcə də Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatına həsr edilmiş çoxsaylı məlumat kitabçaları, jurnallar, broşürlər qəbulda iştirak edən qonaqlara paylanılıb.

Tədbirdə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, Böyük Britaniya Parlamentinin üzvləri, Londonda akkreditə olunan səfirlər və diplomatik korpusun üzvləri, Beynəlxalq Dəniz Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankının yüksək rəsmiləri, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının təmsilçiləri, mətbuat nümayəndələri, Böyük Britaniyada yaşayan Azərbaycan və türk icmasının üzvləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti