...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Misirin İsgəndəriyyə kitabxanasının Qəyyumlar Şurasının fəxri üzvü seçilib

Siyasət Materials 27 May 2010 17:40 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Misirin məşhur İsgəndəriyyə kitabxanasının Qəyyumlar Şurasının fəxri üzvü seçilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Misirin İsgəndəriyyə kitabxanasının Qəyyumlar Şurasının fəxri üzvü seçilib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Misirin məşhur İsgəndəriyyə kitabxanasının Qəyyumlar Şurasının fəxri üzvü seçilib. Məlumatı cümə axşamı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Misir Ərəb Respublikasının birinci xanımı Süzan Mübarək Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya məktub göndərərək məşhur İsgəndəriyyə kitabxanasının Qəyyumlar Şurasının üzvlərinin yekdil qərarı ilə Mehriban xanım Əliyevanın Qəyyumlar Şurasına fəxri üzv seçildiyini bildirib.

İsgəndəriyyə kitabxanasının Qəyyumlar Şurası dünyanın ən nüfuzlu elm adamlarından və görkəmli ictimai-siyasi şəxslərdən ibarətdir. İsgəndəriyyə kitabxanası özünəməxsus və beynəlxalq mandata malik olan milli qurumdur. Misir qanunu ilə yaradılmış kitabxana hökumətin tərkibindən çıxarılaraq, birbaşa dövlət başçısının səlahiyyət dairəsinə aid edilib. Kitabxanaya bu cür misilsiz muxtariyyətin verilməsi Qəyyumlar Şurasının geniş səlahiyyətlərinə arxalanır.

Misir Ərəb Respublikasının birinci xanımı Süzan Mübarək Mehriban xanım Əliyevanın yüksək intellektinin və təcrübəsinin bir çox məsələlərin həllinə töhfə verəcəyindən və kitabxananı ziyarət etməsindən məmnunluq duyacağını bildirib.

Xəbər lenti

Xəbər lenti