Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır və biz bu mövqedən bir addım geri atmayacağıq - Prezident İlham Əliyev

Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır və biz bu mövqedən bir addım geri atmayacağıq - Prezident İlham Əliyev

Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır və biz bu mövqedən bir addım geri atmayacağıq, bunu Prezident İlham Əliyev cümə axşamı 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul zamanı nitqində bildirib.

"Qarşımızda duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bu istiqamətdə çox fəal çalışırıq. Danışıqlar prosesində biz həmişə prinsipial mövqe tutmuşuq. Son illər ərzində gedən danışıqlar bunu bir daha göstərir. Azərbaycan prinsipial məsələlərdə bir addım geri atmayıb. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə əsaslanır və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün biz bütün imkanlardan istifadə edirik", İlham Əliyev deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı bildirib ki, qarşı tərəfin mövqeyi onların arzularına əsaslanıb və bu, münaqişənin həlli üçün heç cür əsas ola bilməz.

"BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər beynəlxalq təşkilatların qərarları və qətnamələri bizim mövqeyimizi gücləndirir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın işğal edilmiş bütün torpaqları işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma, tarixi torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Dağlıq Qarabağda isə erməni və Azərbaycan icmaları yüksək muxtariyyət çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar. Bu, prinsipial mövqedir. Bu mövqe beynəlxalq hüquq normalarına və dünya birliyi tərəfindən qəbul edilmiş prinsiplərə əsaslanır.

Bildiyiniz kimi, bu yaxınlarda İslam Konfransı Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox müsbət və tutarlı arqumentlərlə zəngin olan qətnamələr qəbul edib. Bu qətnamələr Azərbaycanın mövqeyini, yəni haqq-ədaləti tam şəkildə dəstəkləyir. Bir həftə bundan əvvəl Avropa Parlamenti tərəfindən bu məsələ ilə bağlı qəbul edilmiş qətnamə yenə də beynəlxalq hüquq normalarına əsaslanır və orada Ermənistan aqressor, yəni təcavüzkar dövlət kimi göstərilir. Açıq-aydın göstərilir ki, güc tətbiq etməklə heç bir ölkənin sərhədlərini pozmaq, status-kvo ilə barışmaq mümkün deyil. Açıq-aydın göstərilir ki, bu vəziyyət - nə sülh, nə savaş davam edə bilməz, Azərbaycan torpaqları işğalçılardan azad edilməlidir".

Son həftələr ərzində baş vermiş bu kimi mühüm hadisələrlə bağlı dövlət başçısı deyib: "Bu, bizim mövqeyimizi daha da gücləndirir və bir daha göstərir ki, beynəlxalq birlik - istər İslam dünyası, istər Avropa Birliyi vahid mövqedən, yəni ədalətli mövqedən çıxış edir. Biz başa düşürük ki, bu qətnamələr və siyasi addımlar Ermənistanı çox böyük təşvişə salıb. Yəni Ermənistan təbliğatına çox böyük zərbələr endirilib. Onların belə isterik reaksiyası bunun əyani sübutudur. Əgər belə olmasaydı, Ermənistan rəsmiləri Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnaməyə dair çox gülməli və əsassız şərhlər verməzdilər. Yəni, onlar deyirlər ki, bu qətnamə Madrid prinsiplərinə ziddir. Halbuki, bu, Madrid prinsiplərinə və beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Belə gülməli və qeyri-ciddi şərhlər təkcə onu göstərir ki, Ermənistan tərəfi doğrudan da təşviş içindədir. Onlar bu ağır vəziyyətdən çıxmaq üçün konkret addımlar atmalıdırlar".

İlham Əliyevin sözlərinə görə, bu yaxınlarda Dağlıq Qarabağda separatçı kriminal rejim tərəfindən keçirilmiş qanunsuz, qondarma "seçkilər" və "seçkilərə" beynəlxalq birlik tərəfindən verilən qiymət bir daha onu göstərir ki, dünya birliyi separatizmi qəbul etmir, Dağlıq Qarabağı müstəqil qurum kimi qəbul etmir və etməyəcək.

"Minsk qrupunun həmsədr ölkələri, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, qonşu dövlətlər, Avropa Şurası, bütün beynəlxalq birlik bu dırnaqarası seçkiləri pislədi, bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və bunu açıq şəkildə bəyan etdi. Belə olan halda şübhəsiz ki, Azərbaycan öz prinsipial mövqeyini davam etdirəcək. Bizim mövqeyimiz, bir daha demək istəyirəm ki, beynəlxalq hüquq normalarına əsaslanır və biz bu mövqedən bir addım geri atmayacağıq", - Azərbaycan Prezidenti bildirib.

Ermənistanın danışıqlarda qeyri-konstruktiv davranışı ilə bağlı İlham Əliyev bildirib ki, bu onu göstərir ki, Ermənistan tərəfi sadəcə olaraq vaxt uzatmaq istəyir, beynəlxalq vasitəçiləri aldatmaq istəyir ki, o, sanki danışıqlarda iştirak edir.

"Amma onların danışıqlarda iştirakının əsas səbəbi vaxt uzatmaqdır. Ancaq vaxt uzatmaqla onlar heç bir şeyə nail ola bilməyəcəklər. Çünki vaxt onların xeyrinə işləmir. Bölgədə gedən proseslər bir daha onu göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bölgədə Ermənistanın iştirakı ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz, heç bir başqa məsələ öz həllini tapa bilməz. Ermənistan tərəfi çox ümid edirdi ki, Türkiyə-Ermənistan sərhədləri açılacaq, beləliklə, onlar üçün bir nəfəs borusu yaranacaq və Qarabağ məsələsi kənara qoyulacaq. Ancaq həyat və Türkiyə tərəfinin prinsipial mövqeyi onların bütün planlarını alt-üst etdi. Vəziyyət o həddə çatmışdır ki, bir neçə ay bundan əvvəl Ermənistan Prezidenti hansısa xarici səfərdə çıxış edərkən söyləmişdi ki, o, Azərbaycan Prezidentini Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dəvət edəcəkdir. Yəni, bu, çox yersiz və mənasız bir bəyanat idi. Çünki yəqin ondan başqa hamı artıq bilirdi ki, Türkiyə-Ermənistan sərhədləri Dağlıq Qarabağ prosesi nizama salınmadan açıla bilməz. Həyat onu bir daha göstərdi. Ona görə özündən bu qədər razı olmaq üçün, birincisi, əsas olmalıdır, ikincisi isə, hər kəs öz ayaqlarını yorğanına görə uzatmalıdır", - Azərbaycan Prezidenti bəyan edib.

"Şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim siyasətimizin prioriteti olaraq qalacaq. Biz bütün səylərimizi səfərbər etmişik və edəcəyik ki, məsələni tezliklə, ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edək, torpaqlarımızı işğalçılardan boşaldaq və Azərbaycanın ərazi bütövlüyünü bərpa edək. Biz istəyirik ki, bunu sülh yolu ilə edək və diplomatik səylərimizi gücləndiririk. Bununla bərabər, heç kim üçün sirr deyil ki, hərbi gücümüzü də gücləndiririk. Bu gün Azərbaycanda mövcud olan hərbi potensial bizə imkan verir ki, istənilən anda, istənilən vəzifəni uğurla və qısa müddət ərzində icra edək. Sadəcə olaraq biz istəmirik ki, hərbi yola əl ataq. Ancaq bu variant heç vaxt istisna olunmayıb və biz bu barədə öz fikirlərimizi bütün dövrlərdə açıq və səmimi bildirmişik. Mən heç şübhə etmirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və bunu etmək üçün kifayət qədər əsaslar var", - dövlət başçısı əlavə edib.

Prezident İlham Əliyev nitqi zamanı Azərbaycanın müstəqillik tarixindən danışaraq bildirib ki, doxsan iki il bundan əvvəl müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika yaradılıb. "Bu hadisə çox böyük tarixi məna daşıyırdı. İlk dəfə olaraq bu bölgədə demokratik respublikanın yaradılması Azərbaycan xalqının böyük nailiyyəti idi. Respublikanın ömrü uzun olmadı, iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və Azərbaycan xalqı dövlət müstəqilliyini itirdi. Qısa müddət ərzində, iki ildə bütün dövlət atributları yaradıldı, Azərbaycanın dövlət bayrağı qəbul edildi, bizim dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli tərəfindən Azərbaycanın dövlət himni yaradıldı, Azərbaycanın dövlət gerbi qəbul edildi, dövlət strukturları formalaşdırıldı, nazirliklər yaradıldı. Buna baxmayaraq, respublikanın süqutu qaçılmaz idi və 70 il ərzində Azərbaycan Sovet İttifaqının tərkibində sosialist respublikası kimi yaşadı. Baxmayaraq ki, biz dövlət müstəqilliyimizdən məhrum idik, o illər də Azərbaycan üçün uğurlu illər olub. O illər ərzində Azərbaycanda çox güclü sənaye potensialı yaradıldı. Azərbaycanda kənd təsərrüfatının inkişafı çox sürətlə gedirdi. Ölkəmiz üçün çox vacib olan sənaye müəssisələri, xüsusilə neft-qaz sahəsində yaradılmış müəssisələr bu gün də müstəqil Azərbaycana xidmət göstərir.

Ancaq buna baxmayaraq, biz müstəqil ölkə kimi yaşaya bilmirdik. Azərbaycan xalqı yenə də ümidlərlə yaşayırdı və bu ümidlər özünü 1991-ci ildə doğrultdu. Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq o illər Azərbaycan üçün çox ağır illər idi. Yəni tariximizə ağır, çox çətin illər kimi daxil olub. Çünki müstəqilliyin ilk illərində Azərbaycanda gedən xoşagəlməz proseslər, daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, Azərbaycan rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi yenə də şübhə altına qoyuldu. Bütün iqtisadi məsələlər düzgün istiqamətdə həll olunmurdu. Sənaye sahəsində böyük tənəzzül müşahidə olunurdu, total böhran hökm sürürdü.

Bundan əlavə, hələ Sovet İttifaqının dağılmasından bir neçə il əvvəl erməni separatçılarının Azərbaycana qarşı apardıqları işğalçı siyasət nəticəsində torpaqlarımızın müəyyən hissəsinin işğal altına düşməsi - bütün bu amillər Azərbaycanı çox çətin vəziyyətdə qoymuşdu. Müstəqilliyimiz əslində əldən gedə bilərdi. Azərbaycan xalqı özünə xas olan müdrikliyini göstərərək, ümummilli lider Heydər Əliyevə müraciət edib. Onu Azərbaycanın siyasi hakimiyyətinə dəvət edib. Onun Azərbaycanın siyasi hakimiyyətinə gəlişindən sonra vəziyyət sabitləşdi, xoşagəlməz meyillərin qarşısı alındı, sabitlik yaradıldı və Azərbaycan öz inkişaf dövrünə qədəm qoydu.

1993-2003-cü illər Azərbaycan tarixində sabitlik və inkişaf illəri kimi qalacaq. Məhz o illərdə Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu, hüquqi dövlət quruculuğu işində çox əhəmiyyətli addımlar atıldı. Siyasi sistem yaradıldı. İqtisadi islahatlar aparılmağa başlandı. Azərbaycan məhz o illərdə dünya birliyinə sürətlə inteqrasiya etməyə başlayıb və bir sıra beynəlxalq təşkilatların üzvü olub. Azərbaycanın dünya miqyasında tanınması işində o illər həlledici illər olmuşdur.

Ölkəyə böyük həcmdə xarici sərmayənin gətirilməsi nəticəsində bizim uzunmüddətli inkişaf strategiyamız təmin edildi. Heydər Əliyev neft strategiyasının bütün bu işlərin içərisində xüsusi yeri vardır. Bu strategiya bu gün də uğurla icra edilir və məhz bunun nəticəsində biz bu gün Azərbaycanda çox sürətli inkişafı görürük", İlham Əliyev bildirib.

Dövlət başçısı bu gözəl imkanlardan səmərəli şəkildə istifadə edildiyini qeyd edərək deyib ki, iqtisadiyyatımızın şaxələndirilməsi işində çox böyük uğurlara nail ola bildik.

"Neft-qaz amilindən çox uğurla və məharətlə istifadə edərək, ölkəmizin hərtərəfli inkişafına nail ola bildik. Bu gün Azərbaycan irəliyə çox nikbinliklə baxır. Ölkəmiz son illər ərzində böyük və şərəfli yol keçib. Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir və son 7 ilin tarixi bunun əyani sübutudur. Bütün istiqamətlərdə sürətli inkişaf müşahidə olunur. Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirir, tərəfdaşlarımızın sayı artır. Azərbaycan beynəlxalq müstəvidə çox önəmli rolunu oynayır və getdikcə imkanlarımız daha da genişlənəcək. Regional əməkdaşlıq sahəsində bizim təşəbbüsümüzlə həyata keçirilən bütün layihələr uğurla icra edilir. İstər energetika, istər nəqliyyat, istərsə də humanitar sahələrdə bütün təşəbbüslər regional əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Xarici siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlərin dərinləşməsinə çalışırıq və bölgədə buna nail ola bilmişik. Tərəfdaşlarımızın sayının artması onu göstərir ki, Azərbaycan çox uğurlu xarici siyasət aparır", - o bildirib.

Dövlət başçısının sözlərinə görə, iqtisadi islahatlar sahəsində ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir.

"2004-2009-cu illərdə Azərbaycanda iqtisadi inkişaf templəri dünya miqyasında ən sürətli idi. O illərdə iqtisadiyyatımız təxminən 3 dəfə artıb. Ölkə qarşısında duran ciddi sosial məsələlərin böyük əksəriyyəti öz həllini tapıb. İşsizliyə qarşı mübarizə gözəl nəticələrini verir. Yoxsulluğun azaldılması sahəsində praktiki işlər görülüb. Əminəm ki, yaxın zamanlarda bu iki çox böyük sosial bəla Azərbaycan tarixindən ümumiyyətlə silinəcək. Ölkənin bütün bölgələrində quruculuq işləri aparılır. Mən tam əminəm ki, ikinci regional inkişaf proqramının uğurlu icrası nəticəsində 2013-cü ilə qədər ölkə qarşısında duran əsas infrastruktur, sənaye, iqtisadi və sosial məsələlər öz həllini tapacaq. İqtisadi inkişafın dinamikası onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün məqsədlərə bəlkə də vaxtından əvvəl çatacağıq. Bizim iqtisadi islahatlarımız dünya birliyi tərəfindən də təqdirlə qarşılanır. Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları çox yüksək dəyərləndirirlər. Dünya İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyinə, informasiya-kommunikasiya texnologiyalarının inkişafına görə Azərbaycan MDB məkanında lider dövlətdir. Baxmayaraq ki, dünyada maliyyə və iqtisadi böhran hələ başa çatmayıb, bu yaxınlarda Azərbaycan mötəbər reytinq agentlikləri tərəfindən çox yüksək qiymət alıb. Bizim reytinqimiz artıb. Bu, deyə bilərəm ki, indiki şəraitdə çox böyük əhəmiyyətə malik olan bir hadisədir. Çünki dünyada mövcud olan və davam edən böhran bir çox ölkə qarşısında çox böyük problemlər yaratdı. Azərbaycan isə o ölkələrdəndir ki, iqtisadi böhrandan ən az itkilərlə çıxa bilib. Keçən il böhrana, dünya neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımız 9,3 faiz artdı. Bu artım, dinamika bu gün də davam edir. İqtisadi islahatlarımızın dünya birliyi tərəfindən yüksək qiymətləndirilməsi onu bir daha göstərir ki, bizim uğurumuzun təməlində düşünülmüş siyasət dayanır. Əlbəttə ki, biz energetika amilindən istifadə edirik və edəcəyik. Ancaq dünyada və bölgədə bizdən qat-qat, böyük həcmdə neft hasil və ixrac edən ölkələr də var. Bu böhranlı aylar onu göstərir ki, bu amil həlledici rol oynamır. Həlledici rol oynayan amillər düşünülmüş siyasət, siyasi iradə, sabitlik, investisiya qoyuluşuna cəlbedicilik və ölkədə biznes üçün yaranan çox gözəl, əlverişli mühitdir.

Azərbaycan dövləti ölkədə bazar iqtisadiyyatının inkişafı üçün bütün praktiki tədbirləri görür və bu gün Azərbaycanda artıq güclənən sahibkarlar sinfi yaranmaqdadır.

Biz iqtisadi sahədə siyasətimizi davam etdirəcəyik. Bu, bizə imkanlar verir ki, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edək, güclü sosial siyasət aparaq. Baxmayaraq ki, keçən il müəyyən maliyyə daxilolmaları azaldı, heç bir sosial proqram təxirə salınmadı, bütün sosial proqramlar vaxtında icra edildi, manatın məzənnəsi sabit olaraq qaldı. Bu, çox sevindirici haldır, bizim düşünülmüş siyasətimizin nəticəsidir. Beləliklə, Azərbaycan vətəndaşları bu böhrandan ən az əziyyət çəkən insanlar olmuşlar.

Biz bundan sonra da güclü sosial siyasət aparacağıq, iqtisadi imkanlarımızı genişləndirəcəyik. Bizim artıq çox böyük maliyyə imkanlarımız, valyuta ehtiyatlarımız və düşünülmüş strateji xəttimiz vardır. Bir sözlə, ölkə daxilində gedən proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycan cəmiyyətində ölkənin inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Bizim daxili imkanlarımıza əsaslanaraq dünya birliyinə sürətlə inteqrasiya etmək, heç kimdən asılı olmamaq, daxili imkanları maksimum şəkildə səfərbər edib ölkə qarşısında duran bütün vəzifələri icra etmək, qonşu ölkələrlə, dünya ölkələri ilə səmərəli əlaqələr yaratmaq istiqamətində strateji xəttimiz dəyişməz olaraq qalır. Bizim bu istiqamətdə siyasətimiz öz nəticələrini verir.

Neft-qaz sahəsində bu vaxta qədər görülmüş işlər təqdirəlayiqdir. Bundan sonrakı işlərimiz də görülmüş işlər əsasında həyata keçiriləcək. Qarşımızda yeni imkanlar, yeni üfüqlər açılır. Biz enerji təhlükəsizliyi məsələlərinin həllində həm bölgədə, həm qitədə çox müsbət rol oynayırıq. Əminəm ki, qarşıda yeni layihələrin icrası nəticəsində Azərbaycan daha da böyük enerji resurslarından istifadə edə biləcək.
Bizim ixrac imkanlarımız artır. İxracın strukturu müsbətə doğru inkişaf edir, idxal isə azalır. Bu gün biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik, ixrac edirik. Görülən və görüləcək tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişafının gələcəyi də çox müsbət, ümidverici olacaq" İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayaraq Azərbaycan xalqı bu illər ərzində özünə də, dünya birliyinə də sübut edə bilib ki, müstəqil yaşaya bilər. "Azərbaycan xalqı öz daxili imkanlarına istinadən yaxşı yaşaya bilər. Müstəqillik təkcə dövlət rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara, milli maraqlarını müdafiə edə bilsin. Öz milli maraqlarını müdafiə etmək üçün imkan olmalıdır, həm siyasi güc, həm iqtisadi güc. Bu gün müstəqil ölkə kimi qısa tariximiz onu göstərir ki, biz müstəqil ölkə kimi uğurla inkişaf edirik. Azərbaycanda bütün sahələrdə görünən inkişaf onun bariz nümunəsidir. Siyasi islahatlar, demokratikləşmə prosesinin uğurla getməsi, hüquqi dövlət, ordu quruculuğu, iqtisadi islahatlar - hər bir ölkə üçün vacib olan bütün bu istiqamətlərdə biz ancaq və ancaq müsbət irəliləyişi görürük. Bu, bizim gücümüzü daha da artırır. Biz inamla irəliyə gedirik, ölkəmizi inamla idarə edirik. Bugünkü Azərbaycan Azərbaycan xalqının zəhmətinin, istedadının nəticəsidir. Bu ölkəni biz qurmuşuq, Azərbaycan xalqı qurubdur. Biz elə etməliyik ki, hər bir vətəndaş gündəlik işində elə etməlidir ki, öz fəaliyyəti ilə bu müstəqilliyi gücləndirsin, əbədi, dönməz etsin və bundan sonra onilliklər, əsrlər boyu Azərbaycan xalqı azad, müstəqil və rifah içində yaşasın. Bütün bu məqsədlərə nail olmaq üçün, bir daha demək istəyirəm ki, bütün imkanlarımız vardır. Ən əsası odur ki, siyasi iradə vardır", - İlham Əliyev vurğulayıb.

44 günlük Vətən müharibəsinin xronikası: 29 oktyabr
44 günlük Vətən müharibəsinin xronikası: 29 oktyabr
Mədə-bağırsaq xəstəliklərinin əsas səbəblərindən biri fast-food qidalarıdır - Həkim
Mədə-bağırsaq xəstəliklərinin əsas səbəblərindən biri fast-food qidalarıdır - Həkim
Heydər Əliyevdən miras Azərbaycançılıq məfkurəsinin və ordu-xalq birliyinin təntənəsinə çevrilən tədbir keçirilib (FOTO)
Heydər Əliyevdən miras Azərbaycançılıq məfkurəsinin və ordu-xalq birliyinin təntənəsinə çevrilən tədbir keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 27 651 nəfər sağalıb
Binəqədi rayonunda yaşayış evində baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
"YouTube"un işində qüsurlar yaranıb
Azərbaycan Bolqarıstana qazı Rusiyadan 4 dəfə ucuz tədarük edir
44 günlük Vətən müharibəsinin xronikası: 29 oktyabr
Mingəçevir Dövlət Universitetinin əməkdaşı gənclər üçün təlimlərdə iştirak edib (FOTO)
Ərdoğan İtaliya və Böyük Britaniyaya səfər edəcək
"Facebook" şirkəti adını dəyişdirdi
SOCAR yeni İstiqrazlar buraxacaq
"Cənub Qaz Dəhlizi" Rusiya qazına yeganə alternativdir - "The Economist"
Avropada qazın qiyməti min kubmetr üçün 900 dollardan aşağı düşüb
QDTİB Azərbaycanı Paris iqlim sazişi çərçivəsində öhdəliklərinin icrasında dəstəkləməyə hazırdır (ÖZƏL)
Bu il cəza çəkməkdən azad edilmiş neçə nəfərə sosial müavinət verilib? - AÇIQLAMA
NATO baş katibinin xüsusi nümayəndəsi Əfqanıstanda göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib
Azərbaycanda otellərdən ən çox bu ölkələrin vətəndaşları istifadə edib
Mədə-bağırsaq xəstəliklərinin əsas səbəblərindən biri fast-food qidalarıdır - Həkim
Azərbaycanda mehmanxanaların gəlirlərinin məbləği açıqlanıb
Avropa Mərkəzi Bankı kreditlər üzrə uçot dərəcəsini dəyişməyib
Normadan artıq emal olunmuş qidaların orqanizmə təsiri
Qəbul imtahanlarında hansı dəyişikliklər olacaq?
Gəncədə “Nizami Gəncəvi İli”nə həsr olunmuş tədbir keçirilib (FOTO)
Ceyhun Bayramov İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb (FOTO)
Heydər Əliyevdən miras Azərbaycançılıq məfkurəsinin və ordu-xalq birliyinin təntənəsinə çevrilən tədbir keçirilib (FOTO)
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində panel müzakirələr təşkil olunub (FOTO)
AMEA-nın bir neçə institutuna baş direktorlar seçilib
Baş nazir Türkiyənin Vitse-prezidentinə təbrik məktubu göndərib
Mingəçevir Dövlət Universiteti şəhid Yasən Əhmədovun xatirəsini anıb (FOTO)
Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb
Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasına xidmət edən addımlara sadiq qalmağı düzgün hesab edir - Zaxarova
Bu gün ölkədə 800-ə yaxın yaşayış məntəqəsi qazlaşdırılmayıb - Ruslan Əliyev
Fəal yaşlanma layihəsi çərçivəsində "Qəlbi cavanlar düşərgəsi" təşkil olunub (FOTO)
Kiyevdə karantin rejimi sərtləşdirilir
“SOCAR” Rumıniyada 66-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verib (FOTO)
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan yeni resurs bazası ictimaiyyətə təqdim olunub (FOTO)
Abonentlərə verilən təbii qazın tərkibinə hava necə düşür? - Baş direktor AÇIQLADI
Tibb Universitetinin daha 5 qrupu distant təhsilə keçib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 420 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
"Nar" qazi müəllimlər haqqında kitabın çapına dəstək olur
Qaradağda şəhid məzarları, abidələri və barelyeflərinin ətrafının abadlaşdırılması aksiyası keçirilib (FOTO)
“Qadın sahibkarlara dəstək sosial missiyamızın vacib hissəsidir", - Evgeniya Qaşikulina, AccessBank (FOTO)
"Azəriqaz" Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? - Baş direktor açıqladı
Ağdam ruhlar şəhərinə bənzəyir - Peter Erdeyi
Dövlət komitəsi İraqdan gətirilən azərbaycanlı uşaqlarla bağlı açıqlama yaydı
İki məhkəmə sədri Məhkəmə Hüquq Şurasına üzv seçildi
Üzdə plastik cərrahiyyə üsulları
Hava şəraiti qeyri-sabit olacaq, yağış yağacaq - PROQNOZ
"Barselona" müvəqqəti məşqçi təyin edib
Qəbələdə ətraf mühiti çirkləndirənlər cərimələnib
"Paşa Bank" Azərbaycanın startap ekosistemini dəstəkləyəcək
UNEC-də XVI Beynəlxalq Strateji İdarəetmə beynəlxalq konfrans işə başlayıb (FOTO)
DİN bir qrup qazinin torpaq sahəsi ilə bağlı mübahisəsinə aydınlıq gətirdi
Avtobusun şüşələri adam sıxlığından sınıb? - BNA açıqladı
Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi
Hərbi Dəniz Qüvvələrində "Ən yaxşı gəmilər divizionu" adı uğrunda müsabiqə keçirilib (VİDEO)
Şəhid adından saxta səhifə açaraq insanlardan pul tələb edən şəxs saxlanıldı (FOTO/VİDEO)
Azərbaycanda koronavirusa qarşı dördüncü doza vaksin vurdurmaq mümkündür - RƏSMİ
Diplomatlarla bağlı qanun layihəsi plenar iclasa tövsiyə olundu
769 şəhid və qazi ailəsinin içməli su təchizatı yaxşılaşdırılıb (FOTO)
Bir il öncə Bərdəyə atılan raketlər erməni terrorunun növbəti nümunəsi idi - Deputat
Həbsdə olan jurnalistin cinayət işi hakim icraatına verildi
Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır - Tamam Cəfərova
“Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirib (FOTO)
Pedaqoji Universitetin qəhrəmanları (FOTO)
Bu il bal yarmarkasında ən çox cökə balı çatışa çıxarılıb (FOTO)
“AzerGold” QSC-nin şəhid əməkdaşı Rauf Əsgərovun xatirəsi anılıb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev türkiyəli həmkarları ilə görüşüb (FOTO)
Sahibkarlıq obyektlərində monitorinqlər keçirilir
Sabah Bakıda “Zəfər” yarmarkası keçiriləcək
Türkiyədə Azərbaycan əleyhinə kampaniya aparan telekanal cəzalandırılıb
Ermənistandan bəzi müsbət siqnallar alırıq - Hulusi Akar
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub
İraqda hərbi bazaya hücum olub
Prokuror Neftçalanın sabiq icra başçısına 11 il cəza istədi
İranda daha 159 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniya çox mühüm rol oynayır
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi dövründə biz Qırğızıstan xalqının dəstəyini hiss edirdik
Prezident İlham Əliyev: Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir
Bu il səkkiz avtomobil yolunun tikintisi başa çatdırılıb
Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağa hazırdır
Azərbaycanda payızlıq əkin sahəsinin 81 faizi şumlanıb
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib
I və III qruplardakı dəyişiklik qəbul prosesinə necə təsir edəcək?
Bu şəxslərə 15 faiz sığorta ödənişi veriləcək
STAR neft emalı zavodu idxalı artırıb
Bu il Nar bayramı keçiriləcək? - AÇIQLAMA
Sabah hava yağışlı keçəcək
I qrupa informatika fənni 2023-cü ildə əlavə ediləcək - DİM sədri
Ermənistan İkinci Qarabağ müharibəsi zamanı silahlanmada Azərbaycandan geri qalıb - Armen Sarkisyan
Rusiyada koronavirusa yoluxma və ölüm sayı rekord həddə çatıb
Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi saxlanıldı
Ermənistan prezidenti bu şərtlə istefa verməyə hazırdır
Bakıda küçədən qumbara tapıldı (FOTO/VİDEO)
Aşağı bal toplayanların seçim imkanı artacaq - Məleykə Abbaszadə
Dövlət Məşğulluq Agentliyində Sahibkar Qadınlar İB-nin nümayəndələri ilə görüş keçirilib (FOTO)
Bakının möhtəşəm Ağ Şəhər bulvarı (FOTOSESSİYA)
Britaniyada avtomobil istehsalı son 40 ildə ən aşağı səviyyəyə düşüb
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb
Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyətlər yarandı
Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir - Çavuşoğlu
Bütün xəbərlər