...

Azərbaycanın paytaxtında yol qəzalarının sayı artıb - BDYPİ

Siyasət Materials 31 May 2010 12:58 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev Trend-ə bildirib ki, bu ilin may ayında paytaxtda 103 yol qəzası nəticəsində 20 nəfər ölüb, 116 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Azərbaycanın paytaxtında  yol qəzalarının sayı artıb - BDYPİ

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında ötən illə müqayisədə yol qəzalarının sayı artıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev Trend-ə bildirib ki, bu ilin may ayında paytaxtda 103 yol qəzası nəticəsində 20 nəfər ölüb, 116 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Ötən ilin may ayında Bakıda 74 yol qəzası qeydə alınıb və nəticədə, 19 nəfər ölüb, 78 nəfər yaralanıb.

Hənifəyev bildirib ki, may ayında Bakıda 16 803 yol hərəkəti qayda pozuntusu qeydə alınıb. Pozuntuya yol vermiş yol hərəkəti iştirakçıları barəsində inzibati protokol tərtib edilib və cərimələniblər.

Qeydə alınan pozuntulardan 923-ü avtomobilin sərxoş idarə edilməsi, 1 250-si işıqforun qırmızı işığında keçmə, 174-ü tabe olmama, 383-ü avtomobilin nömrəsiz idarə edilməsi, 2 458-i ötmə, manevr qaydalarının pozuntusudur.

May ayında 42 avtoxuliqan müəyyən edilərək cəzalandırılıb.

Cari ilin ilk 5 ayında Bakıda 69 min 369 yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti