...

Gürcüstan Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəliyinin ləğv edilməsi barədə rəsmi təsdiq almayıb

Siyasət Materials 1 İyun 2010 18:12 (UTC +04:00)
Gürcüstan Parlamentinin Avrointeqrasiya komitəsinin sədri David Darçiaşvili Avropa İttifaqının Cənubi Qafqazda və Moldovadakı nümayəndəliklərinin ləğv edilməsi haqqında rəsmi məlumata malik deyil.
Gürcüstan Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəliyinin ləğv edilməsi barədə rəsmi təsdiq almayıb

Gürcüstan, Tbilisi, 1 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamentinin Avrointeqrasiya komitəsinin sədri David Darçiaşvili Avropa İttifaqının Cənubi Qafqazda və Moldovadakı nümayəndəliklərinin ləğv edilməsi haqqında rəsmi məlumata malik deyil.

"Nümayəndəliyin ləğvi haqqında Gürcüstan nə Brüsseldən, nə də Avropa Komissiyasından rəsmi məlumat almayıb", - komitə sədri Trend-ə bildirib. Onun sözlərinə görə, bu məlumat yalnız mətbuatda dərc olunub.

"Ola bilər ki, burada hansısa status dəyişikliyi və ya kadr üzrə qərarlar var. Ekspertlərin fikrincə, nümayəndəliklərin ləğvi Aİ-nin bu regionlara marağının azalması ilə bağlıdır, bu isə həqiqətəuyğun deyil. Bunu Avropa Parlamentində keçirilmiş debatlar və Cənubi Qafqazın strategiyasına dair qəbul olunmuş qətnamə təkzib edir", - Darçiaşvili deyib.

Avropa komissarı Katrin Eştonun bəyanatına istinadən dünən belə bir məlumat yayılıb ki, guya Aİ Cənubi Qafqazdakı və Moldovadakı nümayəndəliklərini ləğv edəcək.

Xəbər lenti

Xəbər lenti