...

Ermənistan polisi Gürcüstanın hüquq-mühafizə orqanlarının himnini oğurlayıb

Siyasət Materials 2 İyun 2010 16:38 (UTC +04:00)
Mayın 31-də Ermənistan polisi "Aykakan jamanak" qəzetinin jurnalisti Ani Gevorkyanı xuliqanlıq ittihamı ilə həbs edib.
Ermənistan polisi Gürcüstanın hüquq-mühafizə orqanlarının himnini oğurlayıb

Gürcüstan, Tbilisi, 2 iyun /Trend, müxbir N.Kirsxaliya/

Mayın 31-də Ermənistan polisi "Aykakan jamanak" qəzetinin jurnalisti Ani Gevorkyanı xuliqanlıq ittihamı ilə həbs edib.

Gürcüstan KİV-in yazdığına görə, bu gün Yerevanda keçirilən mətbuat konfransında qəzetin direktoru Anna Akopyan bildirib ki, jurnalistin həbsi erməni polisinin rəhbəri Alik Sarkisyan tərəfindən şəxsi qisas aktıdır.

Onun sözlərinə görə, polis rəhbərinin qəzəblənməsinə səbəb Ani Gevorkyanın sonuncu məqaləsi olub. O məqalədə yazıb ki, erməni polisi gürcü polisinin himnini oğurlayaraq ondan Alik Sarkisyanın reklamı üçün istifadə edib.

Akopyan bəyan edib ki, əgər polis jurnalisti azad etməsə, o zaman Sarkisyanı "ciddi rahatsızlıq" gözləyir.

Xəbər lenti

Xəbər lenti