...

"Azadlıq donanması" ətrafındakı hadisələr Amerika - Türkiyə münasibətlərinin pisləşməsinə səbəb ola bilər – amerikalı politoloqlar

Siyasət Materials 4 İyun 2010 15:00 (UTC +04:00)
İsrailin "Azadlıq donanması" humanitar konvoyuna hücumundan sonra Yaxın Şərqdə vəziyyətin pisləşməsi Türkiyə - İsrail əməkdaşlığının pozulması ilə yanaşı, Vaşinqtonla Ankara arasında münasibətlərin pisləşməsinə də gətirib çıxara bilər, - amerikalı ekspertlər belə hesab edirlər.
"Azadlıq donanması" ətrafındakı hadisələr Amerika - Türkiyə münasibətlərinin pisləşməsinə səbəb ola bilər – amerikalı politoloqlar

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Ü.Sadıqova/

İsrailin "Azadlıq donanması" humanitar konvoyuna hücumundan sonra Yaxın Şərqdə vəziyyətin pisləşməsi Türkiyə - İsrail əməkdaşlığının pozulması ilə yanaşı, Vaşinqtonla Ankara arasında münasibətlərin pisləşməsinə də gətirib çıxara bilər, - amerikalı ekspertlər belə hesab edirlər.

"Türk gəmilərinə İsrailin hücumu və doqquz türk vətəndaşının öldürülməsi Amerika - Türkiyə münasibətlərinin pisləşməsinə gətirib çıxaracaq", - Oklahoma Universitetinin Yaxın Şərqin Öyrənilməsi Mərkəzinin (Director of the Center for Middle East Studies at the University of Oklahoma) direktoru Coşua Lendis (Joshua Landis) elektron poçtla Trend-ə bildirib.

Yaxın Şərq üzrə amerikalı ekspert münasibətlərin pisləşməsinin səbəbini ABŞ-ın İsraili beynəlxalq birliyin hücumlarından müdafiəsində və Türkiyənin İsraili baş verənlərlə bağlı məsuliyyət daşımağa məcbur etmək imkanlarını məhdudlaşdırmaqda görür.

Beynəlxalq təşkilatların İsrail HDQ-nin 9 nəfərin, o cümlədən 8 türk vətəndaşının ölümü ilə nəticələnən donanmanın beynəlxalq fəallarına qarşı hücumu ilə bağlı beynəlxalq araşdırmalara çağırışı fonunda AVŞ-ın vitse-prezidenti Cozef Bayden bəyan edib ki, İsrailin hərəkətləri özünümüdafiə xarakteri daşıyır, çünki İsrail əsgərlərinə qarşı güc tətbiq edilib.

Eyni zamanda, Vaşinqton təklif alacağı halda hadisələrin araşdırılmasında iştirak etmək istəyində olduğunu bəyan edib.

Lendisin fikrincə, ABŞ Türkiyə əleyhinə mövqe tutaraq, İsrailin tərəfinə keçməsinin "haqqını ödəyəcək".

O hesab edir ki, ABŞ-ın belə mövqeyinə səbəb Türkiyənin son vaxtlar özünü Yaxın Şərqdə daha çox aparıcı dövlət kimi nümayiş etdirməsi və buna misal olaraq, Ankara, Tehran və Braziliya arasında İranla azzənginləşdirilmiş uranın mübadiləsi ilə bağlı əldə olunmuş razılaşmanı göstərmək mümkündür.

"ABŞ istəmir ki, [Türkiyənin rolu] [Yaxın Şərqdəki] orta dövlətlərin ABŞ siyasətinə qarşı üsyanına gərtirib çıxarsın", - Lendis deyib.

Yaxın Şərqin öyrənilməsi üzrə Corc Vaşinqton Universitetinin rəhbəri Natan Braun hesab edir ki, Türkiyə ilə İsrail arasında əlaqələrdə yaranmış böhran ABŞ üçün real problemlər törədir.

Amerika-Türkiyə ittifaqı İsrail-Amerika ittifaqından daha qədimdir və İsraildən fərqli olaraq, Türkiyə NATO-nun üzvüdür. Hər iki tərəf (İsrail və Türkiyə) ABŞ-dan dəstək gözləyəcəklər, lakin Vaşinqton iki ölkənin arzularını eyni zamanda yerinə yetirə bilməz.

Onun sözlərinə görə, Türkiyə-İsrail əlaqələrindən fərqli olaraq,Vaşinqton və Ankara arasında münasibətlər, ciddi surətdə pisləşməsə də, ola bilsin, güclü təzyiq altında olacaq.

Yaxın Şərq siyasəti üzrə Vaşinqton İnstitutunun ərəb ölkələri siyasətinin öyrənilməsi barədə proqramının direktoru Devid Şenkerin sözlərinə görə, son vaxtlar Türkiyənin Yaxın Şərqdə atdığı addımlar ABŞ-ın regionda siyasətinə daha da zidd olacaq və donanmanın beynəlxalq humanitar yardımı buna sübutdur.

"Türkiyə ABŞ-ın israillilər və fələstinlilər arasında qeyri-səmimi danışıqları bərpa etməyi fonunda Qəzzada humanitar yardım göstərən donanmanı dəstəklədi. Bir neçə həftə bundan öncə Ankara Braziliya və İranla Tehrana uranı zənginləşdirməyi icazə verən problematik saziş imzalayıb ki, bu da Vaşinqtonun İrana qarşı sanksiyanı qəbul etmək üçün koalisiya yaratmaq cəhdlərini mürəkkəbləşdirib.

Onun sözlərinə görə, "donanma" ilə bağlı hadisə Ankara ilə Vaşinqton arasında mübasibətləri ağırlaşdırmasa belə, Türkiyənin ABŞ administrasiyasının Yaxın Şərqdə siyasətinə zidd olan dəstəyi və Ankaranın atdığı son addımlar ABŞ-la Türkiyə arasında nə dərəcədə fikir ayrılığının yaranmasını sübut edir.

Lakin Amerikası politoloqları hesab etmirlər ki, Türkiyə Qərbin Yaxın Şərqdə ABŞ tərəfindən idarə edildiyi antiterror koalisiyasından çıxacaq.

Lendisin sözlərinə görə, Türkiyə Yaxın Şərqdə problemin həll edilməsində aparıcı rol oynamağa çalışır.

Corc Vaşinqton Universitetinin professoru Braun hesab edir ki, Türkiyə ABŞ ilə əlaqələrlə bağlı öz sözünün üstündə durmağa çalışır; buna görə də çətin ki, Ankara öz siyasətini bütünlüklə yerinə yetirmiş olsun.

Xəbər lenti

Xəbər lenti