...

İlham Əliyev Banqladeş Prezidentinə başsağlığı verib

Siyasət Materials 4 İyun 2010 18:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Zillur Rəhmana başsağlığı verib.
İlham Əliyev Banqladeş Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Zillur Rəhmana başsağlığı verib. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizin paytaxtı Dəkkə şəhərində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə sarsıldım. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Banqladeş xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!" - başsağlığı məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti