...

Azərbaycan insan haqlarının müəyyən edilməsində doğru yoldadır – Avropa Şurasının baş katibi

Siyasət Materials 5 İyun 2010 14:06 (UTC +04:00)
Azərbaycan insan haqlarının müəyyən edilməsində ayrı-ayrı problemlərə baxmayaraq doğru istiqamətdə irəliləyir. Bunu Avropa Şurasının baş katibi Torbyorn Yaqland deyib.
Azərbaycan insan haqlarının müəyyən edilməsində doğru yoldadır – Avropa Şurasının baş katibi

İtaliya, Venesiya, 5 iyun /Trend, xüsusi müxbir İ.Kaşey/

Azərbaycan insan haqlarının müəyyən edilməsində ayrı-ayrı problemlərə baxmayaraq doğru istiqamətdə irəliləyir. Bunu Avropa Şurasının baş katibi Torbyorn Yaqland deyib.

"Azərbaycana gəldikdə, bu məsələdə ölkə bizə göründüyü kimi və bizim ümid etdiyimiz kimi, insan haqlarının müəyyən edilməsində doğru istiqamətdə irəliləyir, baxmayaraq ki, ayrı-ayrı problemlər var", - Yaqland Trend-ə müsahibəsində bildirib.

Baş katibin sözlərinə görə, qarşıdakı parlament seçkiləri Azərbaycan üçün ciddi sınaq olacaq.

"Seçkilər əlbəttə ki, çoxlu sayda beynəlxalq müşahidəçinin iştirakı ilə keçiriləcək. Bununla yanaşı, anlamaq vacibdir ki, Avropa Şurası kimi biz seçkilərə müdaxilə etmirik və kiminsə tərəfində dayanmırıq. Biz yalnız seçkilərin açıq və azad keçirilməsinə kömək edirik", - Yaqland bildirib.

Bütün dünyada konstitusiya dəyişikliklərinin edilməsi və yeni konstitusiya müddəalarının işlənib hazırlanması ilə bağlı xüsusi çəkiyə malik olan Venesiya Komissiyası bü gün yaradılmasının 20 illiyini qeyd edir.

Yaqland bildirib ki, komissiya daima bu istiqamətdə işləyəcək, çünki "demokratiyanın bərqərar olması prosesinin sonu yoxdur".

"Azərbaycanda parlament seçkiləri noyabrın birinci həftəsində keçiriləcək. Təqdim olunan siyahılara əsasən, ölkədə daimi yaşayan seçicilərin sayı 4 829 min nəfər təşkil edir", - bir müddət əvvəl MSK katibi Natiq Məmmədov məlumat vermişdi.

Xəbər lenti

Xəbər lenti