...

Əl-Küveytdə Azərbaycanla Küveyt arasında qanunvericilik sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq – səfir

Siyasət Materials 9 İyun 2010 09:00 (UTC +04:00)
İki ölkənin Parlament üzvləri qanunvericilik sahəsində Azərbaycanla Küveyt arasında əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
Əl-Küveytdə Azərbaycanla Küveyt arasında qanunvericilik sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq – səfir

Аzərbaycan, Bakı, 8 iyun /Trend, müxbir S.Ağayeva/

İki ölkənin Parlament üzvləri qanunvericilik sahəsində Azərbaycanla Küveyt arasında əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

İyunun 12-16-da Milli Məclisin (Azərbaycan Parlamenti) Parlament Dostluq Qrupunun Küveytə səfəri nəzərdə tutulub, - bu barədə çərşənbə axşamı Azərbaycanın bu ölkədə səfiri Şahin Abdullayev deyib.

Nümayəndə heyətinə Əkrəm Abdullayev başçılıq edəcək.

Səfər çərçivəsində iki ölkə qanunverici orqanları arasında əlaqələrin inkişafı barədə məsələlərin müzakirə olunacağı Küveyt Parlamentində Azərbaycan nümayəndə heyətinin görüşü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti