...

Brüsseldə NATO - Gürcüstan komissiyasının müdafiə nazirləri səviyyəsində iclas keçiriləcək

Siyasət Materials 9 İyun 2010 11:04 (UTC +04:00)
Gürcüstanın müdafiə naziri Baço Axalaya bu gün Brüsselə yola düşəcək. O, Belçika paytaxtında iyunun 11-də NATO ölkələri müdafiə nazirlərinin görüşü çərçivəsində NATO - Gürcüstan komissiyasının iclasında iştirak edəcək. Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib.
Brüsseldə NATO - Gürcüstan komissiyasının müdafiə nazirləri səviyyəsində iclas keçiriləcək

Gürcüstan, Tbilisi, 9 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın müdafiə naziri Baço Axalaya bu gün Brüsselə yola düşəcək. O, Belçika paytaxtında iyunun 11-də NATO ölkələri müdafiə nazirlərinin görüşü çərçivəsində NATO - Gürcüstan komissiyasının iclasında iştirak edəcək. Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib.

"Şübhə etmirəm ki, Gürcüstanın müdafiə naziri bütün nazirlərdən NATO-nun qapılarının Gürcüstan üçün yenidən açıq olduğunu, eləcə də Gürcüstanın ərazi bütövlüyünü möhkəm dəstəklədiyimizi, əməkdaşlığı və tərəfdaşlığı davam etdirmək niyyətimizi eşidəcək". Bu barədə NATO Baş katibi Anders Foq Rasmussen iyunun 7-də Brüsseldə keçirilən mətbuat konfransında bəyan edib.

"Gürcüstan hələ bir çox islahatlar aparmalıdır. NATO isə ona kömək etməkdə davam edəcək", - o əlavə edib.

Rasmussen həmçinin qeyd edib ki, alyans mayın 30-da Gürcüstanda yerli seçkiləri diqqətlə izləyib.

Onun sözlərinə görə, Gürcüstanın hakimiyyət nümayəndələri ilə görüşlərində o, dəfələrlə aydın şəkildə bəyan edib ki, "Uğurlu seçkilər NATO - Gürcüstan komissiyası çərçivəsində əməkdaşlıqda irəliləyiş üçün ən başlıca amil olardı".

"Ona görə də yerli seçkilərin uğurlu keçməsindən çox şadam və təbii ki, bu çox müsbət addımdır. Onu da bəyan etmək istəyirəm ki, yerli seçkilərin uğurlu keçəcəyini gözləyirdim. Odur ki hesab edirəm, Gürcüstanın siyasi hakimiyyəti ölkədə demokratik sistemin islahatlarını sonadək başa çatdırmaq üçün hər şeyi edəcək. Hələlik işlər yaxşı gedir. Biz Gürcüstanın müdafiə naziri ilə görüşərkən, bu müsbət amillər qeyd olunacaq", - Rasmussen bəyan edib.

Xəbər lenti

Xəbər lenti