...

Azərbaycanla Avropa Parlamenti arasındakı münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq üzərində köklənib - spiker Oqtay Əsədov

Siyasət Materials 9 İyun 2010 18:00 (UTC +04:00)
Əgər 14 il əvvəl Azərbaycanla Avropa Parlamenti arasındakı əməkdaşlıq yardım üzərində qurulmuşdusa, bu gün münasibətlərimiz qarşılıqlı faydalı əməkdaşlıq üzərində köklənib.
Azərbaycanla Avropa Parlamenti arasındakı münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq üzərində köklənib - spiker Oqtay Əsədov

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir M.Əliyev/

Əgər 14 il əvvəl Azərbaycanla Avropa Parlamenti arasındakı əməkdaşlıq yardım üzərində qurulmuşdusa, bu gün münasibətlərimiz qarşılıqlı faydalı əməkdaşlıq üzərində köklənib. Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumatına görə, bu barədə çərşənbə günü Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədr müavini, italiyalı deputat Fiorello Proveranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı bildirib.

Sədr bildirib ki, Azərbaycanın xarici siyasətində Avratlantik strukturlara inteqrasiya prioritet sahələrdən sayılır, respublika rəhbərliyi nüfuzlu beynəlxalq təşkilat olan Avropa Parlamenti ilə əməkdaşlığın inkişafına böyük önəm verir.

Görüş zamanı bildirilib ki, dinamik inkişaf etməkdə olan Azərbaycan Avropanın enerji təhlükəsizliyi sistemində getdikcə öz mövqelərini möhkəmləndirməkdədir.

Görüş zamanı Fiorello Proveran Avropa İttifaqının layihələrində ölkəmizin fəal iştirakını hər iki tərəf üçün mühüm əhəmiyyətli hadisə kimi xarakterizə edib. O, İtaliya ilə Azərbaycan arasındakı əlaqələrdən söz açaraq münasibətlərimizin geniş spektrə malik olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti