...

ABŞ bundan sonra da Azərbaycanla əlaqələri möhkəmləndirəcək - "Stratfor" Mərkəzinin rəhbəri

Siyasət Materials 10 İyun 2010 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir V.Javoronkova/

ABŞ müdafiə naziri Robert Geytsin səfəri və dövlət katibi Hillari Klintonun Bakıya gözlənilən gəlişi enerji ilə zəngin ölkə kimi respublikanın mühüm rolu və  regiondakı geosiyasi yerləşməsi ilə əlaqədardır. Amerikanın "Stratfor" Analitik Mərkəzinin prezidenti professor Corc Fridman (George Friedman) belə hesab edir.

Fridmanın sözlərinə görə, ABŞ bundan sonra da Azərbaycanla əlaqələri möhkəmləndirəcək.

"ABŞ-da Azərbaycanla bağlı konkret mövqe yoxdur. Çünki regionun strukturunu nəzərə alaraq, hər şey Rusiya, İran və Türkiyənin [ABŞ] münasibətlərindən asılıdır", - Fridman cümə axşamı jurnalistlərə bildirib.

Xəbər lenti

Xəbər lenti