...

Bakı polisi qanunsuz küçə ticarəti ilə mübarizəni gücləndirir

Siyasət Materials 10 İyun 2010 19:59 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsi qanunsuz küçə ticarəti ilə mübarizəni gücləndirir.
Bakı polisi qanunsuz küçə ticarəti ilə mübarizəni gücləndirir

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Bakı şəhər Baş Polis İdarəsi qanunsuz küçə ticarəti ilə mübarizəni gücləndirir. Bu barədə İdarə tərəfindən cümə axşamı yayılan məlumatda deyilir.

Qanunsuz küçə ticarəti paytaxtın xarici görünüşünə xələl yetirir, həmçinin yol hərəkəti iştirakçılarına əngəl yaradır. Bu ticarət həm də antisanitariyaya səbəb olur.

Bu məqsədlə İctimai Təhlükəsizlik İdarəsində xüsusi tədbirlər planı hazırlanıb və təsdiqlənib. Sənəd küçələrdə, meydanlarda, səkilərdə, avtobus dayanacaqlarında, Bakı Metropoliteninin giriş və çıxışında və digər ticarət üçün təyin edilməmiş yerlərdə qanunsuz ticarətlə ciddi mübarizə tədbirlərini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti