...

Elmar Məmmədyarov Azərbaycanın Pakistandakı səfirliyinin yeni binasının açılışında iştirak edəcək (YENİLƏNİB)

Siyasət Materials 15 İyun 2010 15:53 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin Pakistana səfər proqramı ilə bağlı informasiya yenilənib
Elmar Məmmədyarov Azərbaycanın Pakistandakı səfirliyinin yeni binasının açılışında iştirak edəcək (YENİLƏNİB)

RED. əlav.: Azərbaycanın xarici işlər nazirinin Pakistana səfər proqramı ilə bağlı informasiya yenilənib

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Ü.Sadıxova/

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Pakistana birgünlük səfəri zamanı Azərbaycanın İslamabad şəhərində yerləşən səfirliyinin yeni binasının açılışında iştirak edəcək. Bu barədə Trend-ə səfirliyin mətbuat katibi Vüsal Süleymanov bildirib.

Yeni bina Azərbaycan səfirliyinin aldığı ərazidə inşa edilib.

"Azərbaycan xarici işlər naziri səfəri çərçivəsində pakistanlı həmkarı Şah Mahmud Qureyşi və Pakistan Senatının rəhbəri ilə görüşlər keçirəcək. Onun Pakistan Prezidenti Asif Əli Zərdari ilə də görüşəcəyi gözlənilir, - Süleymanov əlavə edib.

Onun sözlərinə görə, heç bir rəsmi sənəd imzalanmayacaq.

Xəbər lenti

Xəbər lenti