...

Vaşinqtonda ABŞ-ın strateji maraqları üçün Azərbaycanın əhəmiyyəti müzakirə ediləcək

Siyasət Materials 15 İyun 2010 15:58 (UTC +04:00)
İyunun 24-də Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) "Cənubi Qafqazda və Xəzər hövzəsində ABŞ strategiyasının inkişafı" mövzusunda konfrans keçiriləcək.
Vaşinqtonda ABŞ-ın strateji maraqları üçün Azərbaycanın əhəmiyyəti müzakirə ediləcək

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir V.Javoronkova/

İyunun 24-də Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) "Cənubi Qafqazda və Xəzər hövzəsində ABŞ strategiyasının inkişafı" mövzusunda konfrans keçiriləcək. Bu barədə CSIS-in məlumatında deyilir.

Azərbaycandan konfransda deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iştirak edəcək.

Tədbirdə Ariel Koen, Frederik Star, Svante Kornel və digər ekspertlər də çıxış edəcəklər.

"Ümid edirəm ki, Vaşinqtonda keçiriləcək konfransda ABŞ strategiyasının inkişafı üçün regionumuzun, Azərbaycanın əhəmiyyətini Amerika ictimaiyyətinin diqqətinə çatdıra biləcəyik", - Mollazadə çərşənbə axşamı Trend-ə telefonla bildirib.

Onun sözlərinə görə, ilk növbədə, bu gün regionumuzun inkişafı üçün başlıca maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin konfransın əsas mövzusuna çevrilməsi planlaşdırılır.

"Ümid edirəm ki, konfransda iştirak edəcək Cənubi Qafqaz üzrə mütəxəssislərin köməyi ilə Azərbaycanın fikri ABŞ ictimaiyyətinin diqqətinə çatdırılacaq", - Mollazadə deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti