...

Ər-Riyad İrana hücum üçün hava məkanını verməsi ilə bağlı məlumatı təkzib edib

Siyasət Materials 15 İyun 2010 17:07 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ölkənin hava məkanının İrana hücum üçün İsrail Hərbi Hava Qüvvələrinə verməsi ilə bağlı məlumatı təkzib edib.
Ər-Riyad İrana hücum üçün hava məkanını verməsi ilə bağlı məlumatı təkzib edib

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Ü.Sadıxova/

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ölkənin hava məkanının İrana hücum üçün İsrail Hərbi Hava Qüvvələrinə verməsi ilə bağlı məlumatı təkzib edib.

"Səudiyyə Ərəbistanı Krallığı öz hava məkanının və ərazisinin digər ölkəyə hücüm üçün verilməsinin qeyri-mümkünlüyünü bir daha təsdiq edir", - Krallığın Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.

Bazar ertəsi Britaniyanın "The Times" qəzeti İsrailin İranın nüvə obyektlərinə zərbə endirəcəyi təqdirdə, İsrail bombardmançıları üçün maneəsiz uçuşun yaradılması ilə əlaqədar Səudiyyə Ərəbistanının keçirdiyi son hərbi təlimlərlə bağlı məlumat yayıb.

Qəzetin məlumatına görə, ötən həftə BMT Təhlükəsizlik Şurasının İrana qarşı yeni sanksiyalar mərhələsini müzakirə etdiyi bir vaxtda, müdafiə idarələrinin İran Körfəzindəki nümayəndələri ər-Riyadın İsrail ordusuna ölkənin şimalında dar dəhliz verməyə hazır olduğunu bildiriblər. Bu, İrana bomba zərbələri endirmək üçün məsafənin azaldılması məqsədilə edilir.

"Səudiyyəlilər israillilərə öz əraziləri üzərindən uçuşa icazə veriblər və onlar buna göz yumacaqlar", - ABŞ-ın regiondakı hərbi mənbəsi qeyd edib ki, bu, ABŞ Dövlət Departamenti ilə razılaşdırılıb.

Xarici siyasət idarəsindəki mənbə Səudiyyə KİV-nə müsahibəsində ölkənin hava məkanının İran üzərinə hücum üçün istifadəsi ilə bağlı məlumatı "böhtan" və "haqsızlıq" adlandırıb.

Xəbər lenti

Xəbər lenti