...

İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimində iştirak edib

Siyasət Materials 23 İyun 2010 12:52 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimində iştirak edib

İyunun 23-də Bakıda, "Gülüstan" sarayında İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimi olub, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Əvvəlcə Müqəddəs "Qurani-Kərim"dən ayələr oxunub.

Azərbaycanın iqtisadi inkişaf naziri, İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrlik edən Şahin Mustafayev mərasimi açaraq, Prezident İlham Əliyevi və digər qonaqları salamlayıb.

İslam İnkişaf Bankının (İİB) prezidenti Əhməd Məhəmməd Əli qonaqpərvərliyə və dəstəyə görə, Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına minnətdarlıq edib. İclasda bankın Afrika, ərəb və Asiya qrupları adından çıxışlar olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Açılış mərasiminin sonunda rəsmi fotoşəkil çəkdirilib.

Xəbər lenti

Xəbər lenti