...

Xəzər dənizinin hüquqi statusu öz həllini gözləyir – Aşqabad konfransı

Siyasət Materials 24 İyun 2010 19:26 (UTC +04:00)
Xəzər dənizinin hüquqi statusu məsələsi öz həllini gözləyir. Bu barədə cümə axşamı Mərkəzi Asiya və Xəzər dənizi hövzəsi ölkələrinin nüvə tərk-silahı üzrə beynəlxalq konfransında ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev deyib.
Xəzər dənizinin hüquqi statusu öz həllini gözləyir – Aşqabad konfransı

Türkmənistan, Aşqabad, 24 iyun /Trend, müxbir H.Həsənov/

Xəzər dənizinin hüquqi statusu məsələsi öz həllini gözləyir. Bu barədə cümə axşamı Mərkəzi Asiya və Xəzər dənizi hövzəsi ölkələrinin nüvə tərk-silahı üzrə beynəlxalq konfransında ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev deyib.

"Xəzər dənizinin hüquqi statusu məsələsini unutmaq lazım deyil", - o, çıxışı zamanı deyib.

Xəzər dənizi sahilində 5 dövlət - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran yerləşir. Dünyanın ən böyük gölündə çoxlu sayda bioresurs, neft və qaz var. Eyni zamanda, Transxəzr layihəsi çərçivəsində dəniz suyunun dibi ilə qaz kəmərinin tikintisi Avropanın Mərkəzi Asiyanın karbohidrogenlərinə çıxmasına birbaşa yol aça bilər.

Xəzər dənizinin dibinin bölüşdürülməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstan həm ikitərəfli, həm də üçtərəfli səviyyədə qarşılıqlı razılığa gələ biliblər. Tərəflər bölüşdürücü xətlərin koordinatlarının müəyyənləşdirilməsi üzrə yekdil fikrə gəliblər. Məsələ yalnız Türkmənistan və İranla razılaşdırılmayıb və bununla əlaqədar danışıqlar davam etdirilir.

ATƏT-in yüksəkvəzifəli nümayəndəsi Aşqabadda çıxış edərək Mərkəzi Asiya və Xəzər dənizi regionunu müasir dövrün az qala ən kəskin problemlərinin cəmləşdiyi yer adlandırıb. "Əfqanıstanın reabilitasiyasının, İranın nüvə proqramının və Dağlıq Qarabağ probleminin tənzimlənməsinin əsas aspektləri tərk-silah mövzusudur", - o qeyd edib.

"Narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıq, terrorizm və s. problemlər bunlarla bağlıdır", - o əlavə edib və bildirib ki, Qırğızıstanda baş verən hadisələr silah ehtiyatının azaldılması, silahlı toqquşmaların genişlənməsinə imkan verilməməsi və regionda potensial təhlükə və gərginliyin azaldılması üzrə əməli tədbirlərin görülməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti