...

İlham Əliyev Lənkəranda çay fabrikinin açılışında iştirak edib

Siyasət Materials 25 İyun 2010 15:08 (UTC +04:00)
İyunun 25-də Prezident İlham Əliyev Lənkəranın Sütəmurdov kəndində çay fabrikinin açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İlham Əliyev Lənkəranda çay fabrikinin açılışında iştirak edib

İyunun 25-də Prezident İlham Əliyev Lənkəranın Sütəmurdov kəndində çay fabrikinin açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı. Prezident İlham Əliyev əvvəlcə fabrikin maketi ilə tanış oldu. Məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı üzrə hazırlanan tədbirlərə əsasən inşa edilmiş fabrikdə tikinti işləri bir ilə başa çatdırılmışdır. Ümumi sahəsi 1 hektar, tikinti sahəsi isə 2 min kvadratmet olan fabrik inzibati bina və istehsalat sexindən ibarətdir. Üç korpusdan ibarət istehsal sexində ilkin emal, çeşidləyici və bükücü sexlər fəaliyyət göstərir. Burada xammalın qəbulu, təmizlənməsi, qurudulması, çeşidlənməsi və nəhayət, qablaşdırılması prosesi aparılır. Məhsulun keyfiyyətli və rəqabətədavamlı olmasından ötrü xaricdən ən yeni avadanlıq gətirilmişdir. Fabrik saatda 2,5 ton yaşıl çay yarpağı qəbul etmək gücünə malikdir. Bu, ildə 100 ton yaşıl çay yarpağının emalı deməkdir. Müəssisədə 60 nəfər daimi işlər təmin olunacaqdır. Fabrikin tikintisi ilə yanaşı, yeni çay plantasiyalarının salınması da mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur.

Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni sıxdı, qurutma, təmizləmə və qablaşdırma sahələrində istehsal prosesini izlədi, fabrikdə hazırlanan məhsulların nümunələrinə baxdı.

Qeyd olundu ki, burada gündə 250-300 kiloqram yaşıl çay yarpağı emal etmək mümkün olacaqdır. İlkin mərhələdə çay iki adda - "İmperial" və "Lənkəran" adı ilə bazara çıxarılacaqdır.

Prezident İlham Əliyev kollektivi təbrik etdi, tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti