...

ABŞ seçki mühitinin yaxşılaşdırılması üçün Gürcüstana böyük maliyyə yardımı göstərməyə hazırdır – İrakli Alasaniya

Siyasət Materials 28 İyun 2010 11:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 iyun /Trend, müxbir N.Kirsxaliya/

ABŞ ədalətli seçki mühitinin yaradılması məqsədilə Seçki Məcəlləsinə əlavə və dəyişiklik məsələsində Gürcüstana maliyyə yardımı göstərməyə hazırdır. Bu barədə "Rezonansi" qəzetinə müsahibəsində ABŞ-da səfərdə olan "Bizim Gürcüstan - azad demokratlar" partiyasının lideri İrakli Alasaniya bildirib.

Onun sözlərinə görə, Vaşinqtonda 30 may seçkilərini həqiqi demokratik seçkilərdən uzaq hesab edirlər. "Yaxın vaxtlarda ABŞ böyük maliyyə vəsaitləri ayıracaq və seçki mühitinin dəyişdirilməsi prosesi başlayacaq", - Alasaniya deyib.

Alasaniya qeyd edib ki, onun ABŞ dövlət katibinin müavini Filip Qordon və dövlət katibinin köməkçisi Tina Kaydanov, ABŞ Prezidentinin Rusiya problemləri üzrə müşaviri Maykl Makfol ilə görüşləri olub. Partiya lideri onlarla Gürcüstandakı vəziyyəti, seçki və seçkidən sonrakı şəraiti müzakirə edib.

"ABŞ növbəti seçkilərdə [parlament seçkiləri] əhalinin istədiyi siyasi qüvvəyə səs verə bilməsi üçün əlindən gələni edəcək", - Alasaniya vurğulayıb.

Onun fikrincə, gürcü-rus münasibətlərinin müzakirəsi zamanı Gürcüstan və Rusiya arasında dialoqun zəruriliyi, lakin, eyni zamanda, Moskvanın Tbilisinin hazırkı rəhbərliyi ilə danışıqlar ağarmaq istəmədiyi də vurğulanıb.

"Odur ki, hazırkı mərhələdə ABŞ diplomatları Gürcüstan və Rusiya arasında silahlı qarşıdurmanın qarşısının alınmasının vacibliyini düşünürlər", - Alasaniya vurğulayıb.

Partiya lideri onu da qeyd edib ki, Vaşinqton tərəfindən Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi ilə bağlı məsələdə "işğal" terminindən istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti