...

Qriqol Vaşadze artıq Rusiya vətəndaşı deyil

Siyasət Materials 28 İyun 2010 17:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze artıq Rusiya vətəndaşı deyil. Bu barədə ənənəvi bazar ertəsi brifinqində onun müavini David Calaqaniya bildirib.

Onun sözlərinə görə, iyunun 23-də RF Prezidenti Vaşadzenin Rusiya vətəndaşlığından çıxmaqla bağlı müraciətini qəbul edib.

"Bu qərar Rusiya tərəfindən uzun sürən müzakirələrdən sonra qəbul olunub və biz indi deyə bilərik ki, Vaşadze yalnız Gürcüstan vətəndaşıdır", - nazir müavini qeyd edib.

Gürcüstanın XİN rəhbəri 1990-cı illərdə Moskvada yaşayarkən aldığı Rusiya vətəndaşlığından çıxmaq xahişi ilə RF Prezidenti Dmitri Medvedevə 2009-cu il noyabrın 3-də müraciət etmişdi.

Xəbər lenti

Xəbər lenti