...

Avropa Şurasının insan haqları üzrə komissarının Azərbaycana dair hesabatı açıqlanıb

Siyasət Materials 29 İyun 2010 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir T.Cəfərov/

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Azərbaycana etdiyi son səfərlə bağlı ölkə üzrə hazırladığı hesabatını açıqlayıb.

Hammarberq Azərbaycanda söz və mətbuat azadlığı sahəsində irəliləyişin olmasını vacib sayır.

Hesabatda ölkədəki söz və mətbuat azadlığının vəziyyəti, azad toplaşma hüququ, polisin davranışı, məhkəmə sisteminin vəziyyətinə toxunulub.

Komissar milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması üçün ölkədə diffamasiyaya görə cəzanın tətbiq edilməməsinin vacibliyini də bildirib.

Hammarberq hesabatda BBC, "Azadlıq" və "Amerikanın səsi" radiolarının FM tezliyində yenidən yayımlanmasına icazə vermələrini də tövsiyə edir.

Komissar hökumətin QHT-lərin qeydiyyata alınması prosedurunun asanlaşdırılması istiqamətində lazımi ölçü götürülməsinə hazır olduğunu müsbət qarşılayır.

Hammarberq martın 1-dən 5-dək Azərbaycanda səfərdə olub. Komissar səfər çərçivəsində Azərbaycan rəsmiləri, QHT nümayəndələri, ictimai təşkilatların təmsilçiləri ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti