...

Qırğızıstanda keçirilmiş referendum ölkədə vəziyyətin sabitləşməsi üçün vacibdir – AŞ PA sədri Mövlud Çavuşoğlu

Siyasət Materials 29 İyun 2010 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir S.Süleymanov/

Qırğızıstanın yeni konstitusiya layihəsinin qəbul edilməsi üzrə referendumun keçirilməsi ölkədə vəziyyətin sabitləşməsi baxımından respublika üçün vacibdir. Bunu çərşənbə axşamı Astanada jurnalistlərə AŞ PA sədri Mövlud Çavuşoğlu bildirib.

"Biz millətlərarası toqquşamalar nəticəsində çoxlu sayda qaçqının qonşu ölkələrə qaçmasının və insanların tələf olmasının şahidi olduq. Buna görə də referendumun keçirilməsi bu ölkədə vəziyyətin stabilləşməsi və qan axıdılmasının qarşısının alınması baxımından çox böyük əhəmiyyət kəsb edir", - Çavuşoğlu deyib.

Onun sözlərinə görə, əsas odur ki, iyunun 27-də keçirilmiş referendum dinc və sakit keçib, beynəlxalq müşahidəçilər və qonşu ölkələrin nümayəndələri referendumun keçirilməsini müşahidə ediblər.

Çavuşoğlu bu ölkədə vəziyyətin yaxşılaşacağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti