...

Daxili işlər orqanlarının əməkdaşları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)

Siyasət Materials 2 İyul 2010 11:33 (UTC +04:00)
Azərbaycan polisinin peşə bayramı münasibətilə daxili işlər orqanları əməkdaşları cümə günü Fəxri Xiyabana baş çəkərək, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər və məzarına əklil qoyublar.
Daxili işlər orqanlarının əməkdaşları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)

Аzərbaycan, Bakı, 2 iyul /Trend, müxbir К. Zərbalıyeva/

Azərbaycan polisinin peşə bayramı münasibətilə daxili işlər orqanları əməkdaşları cümə günü Fəxri Xiyabana baş çəkərək, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər və məzarına əklil qoyublar.

Həmçinin, görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarının üzərinə güllər qoyulub.

Şəhidlər Xiyabanında daxili işlər orqanları əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən Vətənin qəhrəman oğullarının məzarlarını ziyarət edərək, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Xəbər lenti

Xəbər lenti