...

ABŞ-ın bir çox konqresmeni Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyini dəstəkləyib

Siyasət Materials 2 İyul 2010 12:27 (UTC +04:00)
ABŞ konqresmenləri Solomon Ortiz, Maykl Mak Maxon, Mixail Konauey, Bill Şuster, Sıo Mirik, Şelli Mur Kapito Metyu Brayzanın ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini dəstəkləyiblər. Bu barədə onların Konqresə ünvanladıqları məktubda bildirilir.
ABŞ-ın bir çox konqresmeni Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyini dəstəkləyib

Аzərbaycan, Bakı, 2 iyul /Trend, müxbir V.Javoronkova/

ABŞ konqresmenləri Solomon Ortiz, Maykl Mak Maxon, Mixail Konauey, Bill Şuster, Sıo Mirik, Şelli Mur Kapito Metyu Brayzanın ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini dəstəkləyiblər. Bu barədə onların Konqresə ünvanladıqları məktubda bildirilir.

"Azərbaycan həm hərbi, həm də iqtisadi sahədə ABŞ-ın aparıcı strateji tərəfdaşı hesab olunur, ona görə də əminliklə sizdən bu namizədliyi tam şəkildə təhlil etməyi rica edirik", - məktubda qeyd olunur.

Konqresmenlərin məktubunda Bakıda ABŞ səfirinin təyin olunma prosesini sürətləndirmə xahiş olunur və 25 may tarixində bu vəzifəyə Barak Obamanın Metyu Brayzanı təyin etməsindən məmnunluq ifadə olunur.

Azərbaycanda Amerika diplomatik nümayəndəliyinin rəhbəri vəzifəsi, demək olar ki, bir il boş qaldı.

Məktubda qeyd olunur ki, Brayzanın regionda böyük iş təcrübəsi onun Azərbaycanda səfir vəzifəsinə namizəd kimi üstünlüyü hesab edilir.

Konqresmenlər, həmçinin, qeyd ediblər ki, Azərbaycan terrorizmlə mübarizəyə qoşulan və Əfqanıstana qoşunlarını göndərən ilk müsəlman dövlətləri sırasında olub.

Dövlət Departamentində artıq 22 il çalışan diplomat Brayza Azərbaycanın siyasi mühiti ilə yaxından tanışdır. 2009-cu ilin avqustuna qədər Brayza Ermənistan və Azərbaycan ərazi münaqişəsinin nizama salınması üzrə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olub. O, həmçinin, Ağ evin Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə direktoru, prezidentin xüsusi köməkçisi və Xəzərdə energetika diplomatiyası məsələləri üzrə dövlət katibi vəzifələrində çalışıb. Əvvəllər o, gürcü-abxaz və gürcü-osetin münaqişələrinin nizama salınması üzrə Amerika qüvvələrini bir araya gətirib.

Xəbər lenti

Xəbər lenti