...

ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays Azərbaycana gələcək

Siyasət Materials 3 İyul 2010 13:57 (UTC +04:00)
ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays dünya liderlərinin beşinci simpoziumu çərçivəsində sentyabrda Azərbaycana gələcək.
ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays Azərbaycana gələcək

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir А.Qasımova/

ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays dünya liderlərinin beşinci simpoziumu çərçivəsində sentyabrda Azərbaycana gələcək. Məlumatı World Leaders Travel rəsmi saytı yayıb. Simpozium çərçivəsində dünyanın tanınmış siyasətçiləri və ekspertləri Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Azərbaycana səfər edəcəklər.

Raysın səfəri ilə yanaşı, ölkəyə ABŞ-ın sabiq müdafiə naziri Uilyam Ceyms Perri və Karnegi Moskva mərkəzinin direktoru Dmitri Treninin də səfəri gözlənilir.

Moskvada başlayıb İstanbulda sona çatacaq səfər çərçivəsində hökumət və biznes cəmiyyətinin nümayəndələri ilə görüşlər keçiriləcək.

Bu proqram çərçivəsində Qara dəniz hövzəsi regionunda vəziyyətlə bağlı mühazirələr oxunacaq və diskussiyalar keçiriləcək.  

Xəbər lenti

Xəbər lenti