Bazar günü Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ölkəmizdə səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klinton birgə nahar ediblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ABŞ-ın dövlət katibi Hillari Klintonu yola salıblar.