...

Elmar Məmmədyarov İranın mədəniyyət və islami maarifləndirilmə nazirini qəbul edib

Siyasət Materials 6 İyul 2010 16:30 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Bakıda səfərdə olan İranın mədəniyyət və islami maarifləndirilmə naziri Seyid Məhəmməd Hüseynini qəbul edib.
Elmar Məmmədyarov İranın mədəniyyət və islami maarifləndirilmə nazirini qəbul edib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Cəfərov/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Bakıda səfərdə olan İranın mədəniyyət və islami maarifləndirilmə naziri Seyid Məhəmməd Hüseynini qəbul edib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətini rəhbəri Abbas İsgəndəri bildirib.


Məmmədyarov iki ölkə arasında mədəniyyət sahəsində imzalanmış protokolun ölkələr arasında əməkdaşlığın artırılmasında böyük təsir edəcəyini bildirib.

Xarici işlər naziri sentyabr ayında İranda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacağını qeyd edib.

İranlı nazir Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Mədəniyyət İnstitutuna daimi üzvlüyünü və bu insitutla əməkdaşlığının artırılmasını istəyib.

Xəbər lenti

Xəbər lenti