...

İlham Əliyev Qırğızıstanın keçid dövrü Prezidentinə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 9 İyul 2010 15:10 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın keçird dövrü Prezidenti xanım Roza Otunbayevaya təbrik məktubu ünvanlayıb
İlham Əliyev Qırğızıstanın keçid dövrü Prezidentinə təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın keçid dövrü Prezidenti xanım Roza Otunbayevaya təbrik məktubu ünvanlayıb, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Hörmətli xanım Prezident, Qırğızıstan Respublikasının keçid dövrü Prezidenti vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə cansağlığı, dost Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm", - İlham Əliyevin təbrikində deyilir.

Xəbər lenti

Xəbər lenti