...

Azərbaycan Prezidenti Monqolustanın Prezidentini milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 10 İyul 2010 22:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Monqolustanın milli bayramı münasibətilə Prezident Saxiaqiyn Elbeqdorja təbrik məktubu göndərib.
Azərbaycan Prezidenti Monqolustanın Prezidentini milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Monqolustanın milli bayramı münasibətilə Prezident Saxiaqiyn Elbeqdorja təbrik məktubu göndərib. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

"Ölkənizin milli bayramı - Xalq inqilabı günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti