...

Gürcüstan və ABŞ hərbi əməkdaşlıq planını müzakirə edirlər

Siyasət Materials 15 İyul 2010 18:07 (UTC +04:00)
Gürcüstan Müdafiə Nazirliyində müdafiə və təhlükəsizlik sahəsində Gürcüstan-ABŞ əməkdaşlığı məsələləri müzakirə olunub.
Gürcüstan və ABŞ hərbi əməkdaşlıq planını müzakirə edirlər

Gürcüstan, Tbilisi, 15 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Müdafiə Nazirliyində müdafiə və təhlükəsizlik sahəsində Gürcüstan-ABŞ əməkdaşlığı məsələləri müzakirə olunub. Bu məsələlər müdafiə naziri Baço Axalayanın ABŞ-ın müdafiə nazirinin Ukrayna, Rusiya və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Selest Valanderlə görüşü zamanı müzakirə olunub. Bu barədə Gürcüstan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumatda deyilir.

Tərəflər Gürcüstanla ABŞ arasında strateji əməkdaşlıq Xartiyası çərçivəsində Gürcüstan Silahlı Qüvvələrinin islahatları məsələsini müzakirə ediblər. Onlar Gürcüstanın beynəlxalq əməliyyatlarda iştirakına və Gürcüstan hərbçilərinin bu əməliyyatlar üçün hazırlığı məsələsinə toxunublar.

Axalaya və Valander peşəkar hərbçilərin hazırlanması və təlim sistemi üzrə vahid peşəkar təhsil sisteminin yaradılmasının vacibliyini qeyd ediblər.

"Tərəflər Gürcüstan-ABŞ hərbi əməkdaşlıq planını ətraflı şəkildə müzakirə ediblər", - Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər.

Görüşdə Gürcüstan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının rəisi general-mayor Devi Çankotadze və digər hərbçilər iştirak ediblər.

Bu gün ABŞ-ın müdafiə naziri köməkçisinin müavini Gürcüstan Baş nazirinin müavini Georgi Baramidze, reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti