...

Azərbaycanda müxalifət partiyalarının birləşməsi xaricdən verilmiş sifarişdir – hakim partiyanın sədr müavini

Siyasət Materials 16 İyul 2010 16:00 (UTC +04:00)
Azərbaycanda iki müxalifət partiyasının birləşməsi xaricdən verilmiş sifarişin icrasıdır. Bu sözləri cümə günü jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib.
Azərbaycanda müxalifət partiyalarının birləşməsi xaricdən verilmiş sifarişdir – hakim partiyanın sədr müavini

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda iki müxalifət partiyasının birləşməsi xaricdən verilmiş sifarişin icrasıdır. Bu sözləri cümə günü jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib.

"Bu vaxta qədər həmin partiyalar arasında münasibətlər elə səviyyədə olub ki, onlar az qalırdı bir-birini duelə çağırsınlar. Birləşmək haqqında qərar bununla bağlı göstərişin Azərbaycandan kənarda verilməsinə güman etməyə əsas verir", - Əhmədov bildirib.

Müsavat Patiyasının başqanı İsa Qəmbər cümə axşamı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə birləşmək haqqında təklif irəli sürüb. Müxalifətin "Azadlıq" blokuna daxil olan AXCP Müsavat Partiyası ilə seçki blokunun yaradılması üçün danışıqlara başlamaq qərarını qəbul edib. Bu qərar "Azadlıq" blokuna daxil olan digər partiyaların kəskin reaksiyasına səbəb olub və bununla bağlı blokun fəaliyyətinin dayandırılması elan edilib.

Əhmədovun sözlərinə görə, vəziyyət təkrarlanır və bu səylər də iflasa uğrayacaq.

"Siyasi partiyaların dəstək mənbəyi xalq olmalıdır. Kənardan dəstəklə müvəffəqiyyət qazanacaqlarına ümid edənləri uğursuzluq gözləyir", - o qeyd edib.

Əhmədovun sözlərinə görə, qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək siyasi qüvvə yoxdur.

"Müxalifət daxilindəki çəkişmələr zəif olan Azərbaycan müxalifətini daha da zəiflədib", - Əhmədov vurğulayıb.

Onun sözlərinə görə, müxalifət əsas diqqəti daxili çəkişmələrə yönəldir. YAP-la rəqabət apara bilməyəcəkləri halda, müxalifət partiyaları bir-biri ilə çəkişirlər.

Xəbər lenti

Xəbər lenti