...

Azərbaycanla İsrail arasında diplomatlar üçün viza rejimi ləğv edilə bilər – səfir

Siyasət Materials 20 İyul 2010 11:30 (UTC +04:00)
İsrail diplomatik pasport sahibləri üçün viza rejiminin tezliklə ləğv olunmasında çox maraqlıdır və müvafiq təkliflə Azərbaycan tərəfinə müraciət edib. Bu barədə Trend-ə İsrailin Azərbaycandakı səfiri Mixail Lavon-Lotem bildirib.
Azərbaycanla İsrail arasında diplomatlar üçün viza rejimi ləğv edilə bilər – səfir

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir Ü.Sadıqova/

İsrail diplomatik pasport sahibləri üçün viza rejiminin tezliklə ləğv olunmasında çox maraqlıdır və müvafiq təkliflə Azərbaycan tərəfinə müraciət edib. Bu barədə Trend-ə İsrailin Azərbaycandakı səfiri Mixail Lavon-Lotem bildirib.

"Təklif Azərbaycan tərəfinin masası üzərindədir və mən əminəm ki, o, bu məsələdə bizdən az maraqlı deyil", - İsrail diplomatı bildirib.

Səfir qeyd edib ki, ötən həftə Qazaxıstanın Almatı şəhərində keçirilən ATƏT XİN başçılarının qeyri-formal sammitində Azərbaycan və İsrailin xarici işlər nazirləri Elmar Məmmədyarov və Aviqdor Liberman "çox müsbət" və səmərəli görüş keçiriblər.

Onun sözlərinə görə, regionda və beynəlxalq arenada "bu qədər mühüm hadisələr"in baş verdiyi dövrdə, iki ölkənin XİN başçılarının rəsmi görüşü çox önəmli olub.

"Nazirlər iki ölkə arasında ikitərəfli münasibətlərdə öz əksini tapan çox yaxşı dost münasibətlərə malikdirlər", - Levon-Lotem bildirib.

"Biz [İsrail] görüş üçün [Azərbaycan tərəfi ilə] hər bir imkandan istifadə edirik. Nazirlərimiz, liderlərimiz hər beynəlxalq forumda görüşürlər", - səfir deyib.

Libermanın Bakıya xarici işlər naziri kimi rəsmi səfəri fevralın əvvəllərində baş tutub.

Xəbər lenti

Xəbər lenti