...

Azərbaycan Prezidenti BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibini qəbul edib

Siyasət Materials 20 İyul 2010 15:19 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi Supaçay Paniçpakdini qəbul edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi Supaçay Paniçpakdini qəbul edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Supaçay Paniçpakdi BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Azərbaycan Diplomatik Akademiyası ilə birlikdə Bakıda təşkil etdikləri Avropa və MDB üzrə növbəti XIX regional kursların keçirilməsinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

O, təmsil etdiyi təşkilatın Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlığından məmnun olduğunu deyib. Regionun əhəmiyyətinin artdığı bir dövrdə, Azərbaycanın bu bölgədə ən aparıcı ölkəyə çevrildiyini vurğulayan qonaq əldə olunan nailiyyətlərlə bağlı dövlətimizin başçısını təbrik edib.

Prezident İlham Əliyev Bakıda Avropa və MDB üzrə növbəti XIX regional kursların keçirilməsinin əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı bu tədbirdə maraqlı müzakirələrin aparılacağına və tədbirin səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti