...

Azərbaycan Mərkəzi Seçki Komissiyası hazırda seçkiqabağı təşviqata nəzarət etmir – MSK-nın mətbuat katibi

Siyasət Materials 28 İyul 2010 19:22 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası hazırda seçkiqabağı təşviqata nəzarət funksiyasını həyata keçirmir. Bu barədə çərşənbə günü Trend-ə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.
Azərbaycan Mərkəzi Seçki Komissiyası hazırda seçkiqabağı təşviqata nəzarət etmir – MSK-nın mətbuat katibi

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası hazırda seçkiqabağı təşviqata nəzarət funksiyasını həyata keçirmir. Bu barədə çərşənbə günü Trend-ə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

"Seçkiqabağı təşviqat kampaniyasının pozulması ancaq namizədə aiddir. Hazırda seçki kampaniyası dövrü deyil. Namizəd olmadığından təbii ki, MSK belə məsələlərə qarışmır", - Sarıyev əlavə edib.

Onun sözlərinə görə, bir neçə gün öncə MSK katibi Natiq Məmmədovun mətbuata verdiyi açıqlama düzgün anlaşılmayıb.

"Mətbuat orqanlarında məlumat yayılıb ki, MSK katibi Natiq Məmmədov bildirib ki, sosial şəbəkələrdə təşviqat aparılması qanuna ziddir. Əslində bizim tərəfimizdən belə bir açıqlama verilməyib. MSK-nın belə bir mövqeyi yoxdur. Sadəcə katib deyib ki, seçki kampaniyası dövründə, təşviqat müddəti başlayana qədər namizəd təbliğat apararsa, bu qanunsuzdur. Onlar isə bu fikri indiki dövrə aid ediblər. Yəni düzgün anlaşılmayıb", - Sarıyev bildirib.

Sarıyevin sözlərinə görə, hələ seçki kampaniyası başlamadığına görə, MSK-nın bu məsələləri araşdırmaq hüququ yoxdur.

"Yalnız seçki kampaniyası dövründə namizəd tərəfindən seçkiqabağı təşviqat qaydaları pozularsa, o zaman MSK qanunun pozulub-pozulmaması məsələsinə baxa bilər. Amma hazırda seçki kampaniyası dövrü olmadığına görə, istər sosial şəbəkələrdə, istərsə də KİV-də kimsə təbliğat aparırsa, MSK bu məsələyə məhdudiyyət qoya bilməz və bizim tərəfimizdən belə bir mövqe ortaya qoyulmayıb. Axı indi namizəd də yoxdur ki, təşviqat aparsın. Namizəd seçki dövründə olur", - Sarıyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti