...

YUNESKO-nun baş direktoru Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Siyasət Materials 29 İyul 2010 12:35 (UTC +04:00)
Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova cümə axşamı Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşdur.
YUNESKO-nun baş direktoru Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova cümə axşamı Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşdur. Məlumatı "AzərTAc" Dövlət İnformasiya Agentliyi yayıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Xanım Bokova həmin gün Şəhidlər Xiyabanını da ziyarət edib. Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, "Əbədi Məşəl" abidəsi önünə əklil düzüb.

YUNESKO-nun baş direktoruna Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bokova Azərbaycan paytaxtının mənzərəsini seyr edib.

Xəbər lenti

Xəbər lenti